Icma.az
close
up
RU
Sənədsiz evlərə çıxarış almaq istəyənlərin diqqətinə! Açıqlama

Sənədsiz evlərə çıxarış almaq istəyənlərin diqqətinə! Açıqlama

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tikinti aparıldıqdan sonra evin hüquqi statusunun rəsmiləşdirilməsi bir çox vətəndaş üçün aktual məsələlərdən biri olaraq qalır. Xüsusilə yalnız tikintiyə icazə sənədi olan şəxslər üçün həmin əmlakın çıxarışla rəsmiləşdirilməsi, eləcə də uzun illər istifadə edilən, lakin sənədləşdirilməyən evlərin hüquqi vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı suallar yaranır.
Bəs belə hallarda hansı sənədlər tələb olunur, hansı prosedurlardan keçmək lazımdır və qanunvericilik hansı imkanları təqdim edir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələ hazırda ən mürəkkəb məsələlərdən biridir.

Onun sözlərinə görə, söhbət tikintiyə icazə sənədi olan, lakin müxtəlif səbəblərdən uzun illər ərzində tikintisi başa çatdırılmayan və ya tikintisi başa çatsa da, rəsmiləşdirilməyən fərdi yaşayış evlərindən gedir:
“Əgər tikintiyə icazə sənədi varsa, bir qayda olaraq həmin sənədlər köhnə dövrə aiddir. Çünki o vaxt qüvvədə olan qanunvericilik indiki qanunvericilikdən fərqlənirdi. Hazırda isə təkcə tikintiyə icazənin olması kifayət etmir. Layihə də olmalıdır və bütün tikinti prosesi mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
Burada ilk növbədə belə bir sual yaranır: bəzi insanlar 20 il əvvəl tikintiyə icazə alıblar, amma bu günə qədər tikintiyə başlamayıblar. Əslində dövlətin də həmin icazəni ləğv etmək səlahiyyəti var. Çünki sual olunur ki, əgər uzun illər ərzində tikinti aparılmayıbsa, həmin icazə hansı əsasla qüvvədə qalmalıdır?
Əgər vətəndaş indi tikintiyə başlamaq istəyirsə, o zaman layihə hazırlanmalı və bütün prosedurlar yenidən həyata keçirilməlidir. Çünki bu müddət ərzində qanunvericilik dəyişib, Tikinti və Şəhərsalma Məcəlləsi qəbul olunub və yeni tələblər müəyyən edilib. Həmin tələblərə əsasən layihə hazırlanmalı, aidiyyəti dövlət qurumları tərəfindən texniki şərtlər verilməli və digər prosedurlar yerinə yetirilməlidir. Yəni bu, kifayət qədər geniş və mürəkkəb prosesdir.
Digər tərəfdən, vətəndaşa da sual yaranır ki, əgər vaxtında tikinti aparmaq imkanı var idisə, niyə bunu həmin dövrdə etməyib, illər sonra həyata keçirmək qərarına gəlib?
Bununla yanaşı, başqa hallar da var. Elə vətəndaşlar var ki, evi tikiblər, lakin onu rəsmiləşdirməyiblər və çıxarış almayıblar. İndi isə çıxarış almaq istədikdə yeni qanunvericiliyin müəyyən etdiyi prosedurlardan keçməli olurlar. Faktiki olaraq, vaxtında rəsmiləşdirmə aparılmadığı üçün bu gün əlavə çətinliklərlə üzləşirlər.
Əslində burada qanunvericilikdə mövcud olan əsas boşluq da məhz budur. Bu gün qanun belə bir vəziyyətə dəqiq cavab vermir: tikintiyə icazə alınıb, ev tikilib, lakin çıxarış alınmayıb. Çıxarış olmadığı üçün dövlətin hüquqi baxımdan həmin evi tanıması mümkün olmur. Ancaq digər tərəfdən, həmin evə elektrik enerjisi, təbii qaz və su kimi kommunal xidmətlər göstərilir. Yəni dövlət də faktiki olaraq həmin tikilinin mövcudluğundan xəbərdardır və ona xidmət göstərir. Bu baxımdan “bu evdən xəbərim yoxdur” deməsi də məntiqi görünmür.
Biz uzun illərdir bu barədə danışırıq ki, dövlət bu sahədə ayrıca qanun qəbul etməli və mövcud problemi həll etməlidir. Belə evlərin hüquqi statusu müəyyənləşdirilməli və həmin vətəndaşlara çıxarış verilməsi məsələsi həll olunmalıdır. Lakin bu istiqamətdə hələ də konkret addım atılmayıb. Bu yaxınlarda İqtisadiyyat Nazirliyi də açıqlama verərək bildirdi ki, əmlak amnistiyasının tətbiqi nəzərdə tutulmur. Nəticədə isə bu evlər əvvəlki vəziyyətində qalır və onların böyük bir hissəsi hələ də çıxarışsız olaraq qalmaqdadır”, – deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri