Icma.az
close
up
RU
500 minlik dələduzluq. Evini satıb pulu yedi, üstəlik özünü də tutdurdu

500 minlik dələduzluq. Evini satıb pulu yedi, üstəlik özünü də tutdurdu

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Zaqatala rayon sakini Zaur İsmayılovun məhkəmə prosesi və başına gələnlər haqqında xəbər vermişdik.
Newscenter.az-ın xəbərinə görə, Yenicag.az xatırladır ki, İsmayılov Zaur bankların birinin Zaqatala filialında işlədiyi zaman “bandit İsa” kimi ad çıxarmış İsa Abdullayev adında “makler”lə tanış olur. İsa Zaura Zaqatalada və ətraf rayonlarda “əlimyandıda” olan əmlakları alıb-satmağı təklif edir. Zaur da onunla razılaşaraq İsa vasitəsilə satdığı evin pulunu, qardaşı və dostlarından aldığı, həmçinin kreditə götürdüyü pulları İsaya verir. Bir müddət keçdikdən sonra Zaur İsa tərəfindən aldadıldığını, verdiyi pullara İsa tərəfindən heç bir əmlak alınmadığını və pulların İsa tərəfindən ələ keçirildiyini bilir. İsadan pulunu tələb etdikdə İsa ona hədə-qorxu gələrək onu məhv edəcəyini deyir.
Daha sonra İsmayılov Zaur Daxili İşlər Nazirliyinə şikayət edərək 500 min manata yaxın pulunun ələ keçirildiyini qeyd edir və bununla bağlı əlində olan çox ciddi sübutları da təqdim edir. İsa da Baş Prokurorluğa şikayət edərək İsmayılov Zaura bankda depozitə qoymaq üçün 81 min manat pul verdiyini deyir. İsanın şikayəti üzrə İsmayılov Zaura cinayət işi açılır və Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilir.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi barədə İsmayılov Zaurun vəkili tərəfindən verilmiş şikayəti Şəki Apellyasiya Məhkəməsi rədd edərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayır. Lakin Şəki Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətini Ali Məhkəmə qismən qəbul edərək Şəki Apellyasiya Məhkəməsinin qərarının ədalətsiz olduğunu, İsmayılov Zauru ittiham etmək, onun haqqında hökm çıxarmaq üçün kifayət qədər sübutların olmadığını əsas gətirərək qərarı ləğv edir və işinin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərir.
Azadlıqdan məhrum edilmiş İsmayılov Zaurun vəkili Yalçın Hacızadədən aldığımız məlumata görə, iş Şəki Apellyasiya Məhkəməsində davam edir, baxış mərhələsindədir. İşin qismən yenidən araşdırılması haqqında məhkəmə qərar qəbul edib. Ona görə növbəti məhkəmə iclasında yenidən zərəçəkənin və şahidlərin dindirilməsi, maddi sübutların araşdırılması və s. prosesual hərəkətlər aparılacaq.
Vəkilin bildirdiyinə görə, Ali Məhkəmə qərarında aşağı instansiya məhkəmələrinin qərarını ədalətsiz və qanunsuz hesab edib. Deməli, ədalətsiz qərarın nəticələri də ədalətsizdir və İsmayılov Zaurun azadlıqdan məhrum edilməsi də qanunsuzdur.
“İsmayılov Zaura bəraət verilməsi üçün kifayət qədər əsaslar var. Onun ittiham olunduğu əməli törətməsini sübut edən hal yoxdur. Zərərçəkən kimi tanınan İsa Abdullayev pulu Zaura harada verməsinə dair həm istintaqda, həm də məhkəmədə müxtəlif və ziddiyətli ifadələr verib. Bu da onun yalan danışdığını göstərir. Həmçinin İsa Abdullayev haqqında başqa şəxslərin də çoxlu şikayətlər var. Həmin şəxslər şikayət edərək bildirirlər ki, İsa onların əmlaklarının və pullarının qanunsuz yollarla ələ keçirib”, – vəkil bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri