Masazırda qayda pozan sürücü avtomobilə ziyan vurdu üstəlik özünü haqlı bildi VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
İzləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək məlumat verib. Hadisə dekabrın 9-da saat 17:45 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Kadrlardan görünür ki, 77-TF-691 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü birzolaqlı yolda sağa manevr edərək əlavə zolaq yaradıb. Nəticədə o, görüntünü qeydə alan avtomobili sıxışdıraraq qəza şəraiti yaradıb.
Təhlükə ilə üzləşən sürücü siqnal verərək xəbərdarlıq edib və “Hara girirsən?” deyə iradını bildirib. Lakin qayda pozan sürücü törətdiyi xətanı anlamaq əvəzinə “İkizolaqlı yoldur, görmürsən?” deyə cavab verib.
Şikayətçinin iddiasına görə, hadisə zamanı sürücü onun avtomobilinin sol tərəfini sürtərək maddi ziyan vurub.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 10 Dekabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















