Icma.az
close
up
RU
525 ci qəzet AMEA rəhbəri: Akademiyada azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası hazırlanıb

525 ci qəzet AMEA rəhbəri: Akademiyada azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası hazırlanıb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fevralın 20-də keçirilən AMEA-nın Ümumi yığıncağında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib.

525.az xəbər verir ki, məruzədə bu il 80 illiyi qeyd olunan AMEA-nın inkişaf mərhələlərinə nəzər salınıb.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərin ölkəmizdə akademiya quruculuğunun intibah dövrü olduğunu deyən akademik İsa Həbibbəyli sonrakı 1983-1993-cü illərdə Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da tədricən enmə və tənəzzülə meyil proseslərinin müşahidə edilməyə başlandığını, nəhayət, 1991-1993-cü illərdə böhran həddinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildən siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 2003-cü ilə qədərki mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi tarixdə iz salıb.

Məruzədə qeyd olunub ki, 2003-cü ildən sonra akademiyanın inkişafını 2003-2022-ci illər modernləşdirilmə dövrünə və 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsinə ayırmaq olar.

“Bütün tarixi mərhələlərdə Azərbaycan Elmlər Akademiyası həmişə Azərbaycan dövlətçiliyinin, ana dilimizin – dövlət dilimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın və incəsənətimizin keşiyində dayanıb, Azərbaycanşünaslıq Mərkəzi funksiyasını yerinə yetirib. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə fundamental elmin beşiyi və yaradıcısıdır. Fundamental elm ölkəmizin elmi sərvəti olmaqla yanaşı, həm də tətbiqi elmlər üçün ideyaların, proqnozların, təkliflərin mənbəyi, mənşəyidir. Bunsuz ümumiyyətlə elmi, o cümlədən də Azərbaycan elmini təsəvvür etmək olmaz. Bu gün də Milli Elmlər Akademiyası müstəqil Azərbaycan dövlətinin əsas Azərbaycanşünaslıq mərkəzlərindən biridir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

AMEA prezidenti Milli Elmlər Akademiyasında 2022-ci ildən etibarən bir çox əsas istiqamətlərdə yeniləşmə və islahatların həyata keçirildiyini, akademik elmdə məzmunca müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da genişləndirmək və möhkəmləndirmək üçün addımlar atıldığını söyləyib.

Akademik bildirib ki, sivilizasiyaların inkişafı və ölkəmizin siyasi-tarixi reallıqlarına əsaslanan, azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası işlənib hazırlanıb. Azərbaycan ədəbiyyatının, tarixin, milli-mədəniyyətimizin, Azərbaycan dilinin çoxəsrlik ortaq inkişaf mərhələləri müəyyənləşdirilib. Sovet cəmiyyətindən qalma siyasi-tarixi şəxsiyyətlərin unutdurulması metodologiyasının tam əksinə olaraq, elmimizə tarixi şəxsiyyətlərin, hökmdarların, sərkərdələrin, bu vaxta qədər qaçaq-quldur adlandırılan xalq qəhrəmanlarının həyatı, dövrü, mühiti, mübarizələri və ideyalarının əsaslı şəkildə öyrənilməsi əsas vəzifələrdən biri kimi bəyan olunub.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri