Icma.az
close
up
RU
525 ci qəzet Avstriyada qəribə qanun

525 ci qəzet Avstriyada qəribə qanun

Avstriyanın Fiss şəhərciyində ictimai yerlərdə qusmaya görə cərimə tətbiq ediləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, səbəb az əvvəl bir qrup gəncin nümayişkəranə şəkildə bunu etməsi olub.

Əyləncə tədbirlərinin birində evin balkonuna çıxaraq qusan gəncin videosu qısa zamanda sosial şəbəkələrdə yarım milyon baxış yığıb. Təbii ki, yerli hakimiyyət orqanları bunu biabırçılıq və insanların rahatlığını pozmaq kimi dəyərləndirərək məlum qərarı qəbul etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, cəmi min nəfər sakini olan Fissdə bununla yanaşı ictimai yerlərdə spirtli içki qəbul etmək, səs-küy salmaq, avtomobillərin lüklərini açmaq da qadağan olunub. Qaydaları pozanları 2 min avro cərimə gözləyir.

L.Tağıyeva

seeBaxış sayı:64
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri