Icma.az
close
up
RU
525 ci qəzet Dillər Universitetinin Konfutsi İnstitutunda “yuyşuy” mövsümü

525 ci qəzet Dillər Universitetinin Konfutsi İnstitutunda “yuyşuy” mövsümü

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Çin kənd təsərrüfatı təqviminə əsasən “yuyşuy” (yağış suyu) mövsümünün başlanması ilə bağlı tədbir keçirilib.

Bu barədə 525.az-a Konfutsi İnstitutundan bildirilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yağıntılar dövrünün başlandığını əks etdirən və qədim Çin əkinçilik mədəniyyətinin mövsümiliyini təcəssüm etdirən dörd “kiçik” fəsildən biri olan “yuyşuy” mövsümünün əhəmiyyətindən danışıb. Qeyd edib ki, Çinin günəş kənd təsərrüfatı təqvimi qədim çinlilərin əkinçilik mövsümlərinə uyğun formalaşdırdıqları biliklər sisteminə, səma cisimlərinin hərəkətinin müşahidəsinə, mövsümi iqlim dəyişikliyi və təbiət qanunlarına əsaslanır. O, həmçinin əlavə edib ki, əfsanəvi hökmdar Huanq-dinin əmri ilə yaradılmış Çin günəş təqvimində qulplu çömçəyə bənzəyən Böyük Ayı bürcünün fiquruna uyğun olaraq iyirmi dörd fəsil bölgüsü aparılmışdı. Bu, “Çinin beşinci böyük ixtirası” adlanır və 2016-cı ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Tədbirdə çinşünas tələbələr Çin kənd təsərrüfatı təqvimi ilə bağlı olan adət-ənənələrdən, yaz və payız bərabərliyi, yay və qış gündönümü günlərində cənnətin, Yerin və insanın harmoniyasını nümayiş etdirmək üçün qurbankəsmə mərasimlərinin keçirilməsindən, çinlilərin sağlamlıq və rifah üçün dua etmələrindən, ailə qurmuş çinli qızların həmin günlərdə valideynlərlə görüşmək üçün ata evinə qonaq gəlmə adətindən bəhs ediblər. Həmçinin ənənəvi Çin təbabətinin “yuyşuy” mövsümündə sağlamlığı qorumaq üçün bir sıra xüsusi tövsiyələr təklif etməsi barədə danışılıb. Tələbələr Tan sülaləsi dövrünün görkəmli şairi olan Du Funun şeirlərini və “yuyşuy” mövsümünə həsr olunmuş atalar sözlərini söyləyiblər.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri