Icma.az
close
up
RU
Dillər Universitetinin Konfutsi İnstitutu Pekində müsabiqədə mükafatlandırılıb

Dillər Universitetinin Konfutsi İnstitutu Pekində müsabiqədə mükafatlandırılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu 2025-ci ildə “Ən yaxşı Konfutsi İnstitutu” 5-ci Ümumdünya Qısa Video Müsabiqəsində növbəti dəfə yüksək nəticələr əldə edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 84 ölkədən, 143 Konfutsi İnstitutundan ümumilikdə 616 layihə təqdim olunub. Bir neçə seçim mərhələsindən sonra münsiflər heyəti tərəfindən üç xüsusi mükafat seçilib: 15 layihə birinci mükafat, 30 layihə ikinci mükafat, 100 layihə üçüncü mükafat, 37 Konfutsi İnstitutu “Görkəmli təşkilat” mükafatı alıb və 15 müəllif “Konfutsi İnstitutunun ustadı” adına layiq görülüb.

Müsabiqəyə ADU-nun Konfutsi İnstitutunun müəllimləri Lu Linin “İpək Yolunda dil körpüləri” və “Mənim Çin üslubunda səyahətim”, Van Cicon “Külək Qərbə əsir: Bakılı qızın Çin heroqliflər dünyasına səyahəti” əsərlərini təqdim ediblər. Onların əsərləri üçüncü yerlə mükafatlandırılıb. Konfutsi İnstitutu fərdi mükafatlarla yanaşı, “Əla təşkilati koordinasiya və yaradıcı nəticələr” mükafatına da layiq görülüb.

İnstitutun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, bu mükafatlar silsiləsi Konfutsi İnstitutunun mədəni kommunikasiya potensialını, müəllim heyətinin və tələbələrinin yaradıcılıq həvəsini nümayiş etdirir və Çin ilə Azərbaycan arasında mədəni, dil və elm-təhsil mübadiləsinin inkişafına verdiyi fəal töhfəni əks etdirir. R.Abbasov Konfutsi İnstitutunun gələcəkdə də Çin dilinin ünsiyyət və tədrisi metodlarının təkmilləşdirilməsi, onların işinin davam etdiriləcəyini bildirib. Qeyd edib ki, azərbaycanlı gənclərin çinli gənclərlə dostluq etməsi, Çin tarixi və mədəniyyəti ilə tanış olması, həmçinin Çin dilini sevməsi onlar üçün yeni imkanlar yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri