Icma.az
close
up
RU
525 ci qəzet Dünyanı vətənə gətirən azərbaycanlı Gülşən Behbud yazır

525 ci qəzet Dünyanı vətənə gətirən azərbaycanlı Gülşən Behbud yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gülşən BEHBUD

Umud Mirzəyev deyəndə mənim ağlıma, hər şeydən əvvəl, onun təsisçisi və prezidenti olduğu, uğruna 33 ilini həsr etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) gəlir. Şəhidlər xiyabanı kimi müqəddəs məkanla yan-yana duran BAMF-ın qapısından içəri girəndə qarşımıza yığcam və səliqəli həyətin divarları boyu asılmış, Qarabağ bölgəsinə dair "Mənim evim", "Mənim kəndim", "Mənim şəhərim", "Mənim vətənim" başlıqlı dəyərli fotoqrafiya nümunələri çıxır. Bu şəkillər Umud Mirzəyevin şəxsiyyəti və fəaliyyəti barədə bizə çox şey deyir. Bura şair publisist, jurnalist, ictimai-siyasi xadim Umud Mirzəyevin Evidir desək, yanılmarıq...

BAMF-ın həyətindəki şəkillərə baxıram - xarici ölkələrin nümayəndələri, səfirləri, millət vəkilləri, hətta Baş nazirləri... Mövzular isə Qarabağ, torpaq, mina, şəhid...

Sonra isə onun BAMF-ın 30 illik fəaliyyətinə həsr olunan "Otuz il sülh naminə" kitabını vərəqləyirəm... Və düşünürəm: o, həqiqətən də əsrdə bir yol doğulan insanlardandır.

Ümummilli liderimiz Heydər Əliyevin sözünü xatırlayıram: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir"... Tarixin min ildən bir yetişdirdiyi dahinin - Ulu öndərin fikirlərində nişan verilən belə Azərbaycan gənclərindən biri də Umud Mirzəyev olub. Ümummilli liderimizin hakimiyyəti zamanında odlu-alovlu gənclik illərini yaşayan qarabağlı - füzulili Umud Mirzəyev sanki illərin necə keçdiyindən xəbərsiz qalıb. Çünki Vətən onun dünəni, bu günü və sabahıdır... Ömrünü bütünlüklə Vətənə həsr edənlərimizin ön sırasında Umud Mirzəyev adı inamla, qürurla çəkilməyə layiqdir.

O, 1982-87-ci illərdə Moskvada, Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində əmək fəaliyyətinə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib.

1992-ci ildən fəaliyyətə başlayan və bu gün BMT-nin İqtisadi-Sosial Şurasının Əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidentidir. Onun təşəbbüsü, eləcə də müxtəlif ölkə jurnalistlərinin dəstəyi ilə yaradılan BAMF davamlı olaraq xarici media nümayəndələrinin postsovet məkanındakı münaqişə bölgələrinə səfərlərinin təşkili və obyektiv informasiyanın yayılması istiqamətində ardıcıl fəaliyyət göstərib.

Qarabağ münaqişəsinin ən mürəkkəb və çətin vaxtlarında xarici ölkələri təmsil edən jurnalistlərin, xalq diplomatlarının cəbhə xəttinə yaxın ərazilərə yüzdən artıq səfərlərini reallaşdıran BAMF, Ermənistan ordusunun törətdiyi cinayətlərlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması yolunda ciddi addımlar atıb.

Təvazökar davranışı, yüksək mədəniyyəti ilə fərqlənən şəxsiyyətdir Umud Mirzəyev. Qeyri-səmimi, saxta pafoslu nitqlərlə yox, gördükləri böyük işlərlə, aydın əməllərlə diqqət çəkən, yadda qalan əsl vətənpərvərdir o.

"30 il sülh naminə..."ni oxuyuram... BAMF adından ilk bəyanat, qurumun yaranma zərurəti, fəaliyyət yolu, hətta, demək olar, BAMF özüdür Umud Mirzəyev.

"Mən Sizin bəşəriyyət üçün gördüyünüz təmənnasız işləri dəyərləndirirəm" - bu sözləri BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev haqqında hələ 2007-ci ildə deyib.

İnsanlığı, ömür yolu və fəaliyyət xəttinə görə sadədən sadədir, həm də yaxşı mənada, mürəkkəbdir Umud Mirzəyevi xarakteri. Bu isə onun tələbkarlığında, iş prosesindəki dəqiqliyində, məsuliyyət və peşəkarlığa son dərəcə önəm verməsində özünü göstərir. Məsuliyyətsizliyi kimsəyə, öz övladlarına belə, bağışlamaz.

Əvvəllər məndən kimsə soruşsaydı ki, "Umud Mirzəyev kimdir", deyərdim ki, sadə bir vətəndaş, çoxsaylı QHT rəhbərlərindən biri...

Bu gün isə deməyə sözüm, yazmağa fikirlərim o qədərdir ki! Maraqlandım, oxudum, araşdırdım, müşahidə etdim və indi-indi tanıyıram Umud Mirzəyevi, onun əsl insan obrazını! O, əməl adamıdır, səmərəsiz çıxışlardansa, konkret işi sevəndir, ona görə də çalışqan insanları ucaldıb başına tac edəndir. Haqlı deyilmi?

Təbiətcə ağayanadır, hadisələrə təmkinlə münasibət bildirər, fikirləri dinləyər, ölçülü-biçili qərarlar verər. Gördüyü işdən zövq alan, bu zövqü ətrafındakılarla paylaşan təşkilat rəhbəridir Umud Mirzəyev. O, başqalarının uğurlarına sevinməyi, həmin uğurların əldə olunmağına dəstək göstərməyi bacaran gerçək ziyalıdır.

Fevralın 1-də Umud Mirzəyev ömrünün daha bir mənalı ili arxada qalacaq. Ad günü münasibətilə onu ürəkdən təbrik edir, Allahın ərməğanı olan ömrünü sağlam və hər anını məzmunlu yaşamasını arzulayıram!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri