Icma.az
close
up
RU
Dünyanı dəhşətə gətirən Sednaya həbsxanası

Dünyanı dəhşətə gətirən Sednaya həbsxanası

Icma.az, Azvision saytına istinadən bildirir.

Dəməşq ətrafında yerləşən, həftədə iki dəfə edamların həyata keçirildiyi və ətrafında onlarla kütləvi məzarlığın olduğu Sedyana həbsxanası, araşdırmalara görə, cəmi 10 ildə 30-35 min adamın edam edildiyi yer olub.

Ata Əsəddən oğluna miras: İnsan qəssabxanası
Sednaya Həbsxanası 1987-ci ildə tikilib və hərbi personalın saxlanılması üçün nəzərdə tutulub. Ancaq sonradan əsasən siyasi məhbusların və hökumət əleyhdarlarının saxlanıldığı bir həbsxanaya çevrildi. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb.Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub.
Suriyalılar tərəfindən “insan qəssabxanası” kimi təsvir edilməsinə baxmayaraq, Sednayada baş verənlərlə bağlı çoxlu məlumatlar naməlum olaraq qalır. Çünki nə qeyri-hökumət təşkilatları, nə də beynəlxalq təşkilatlar həbsxanaya buraxılmayıb. Ziyarət üçün həm hərbi polisdən, həm də hərbi kəşfiyyatdan icazə tələb olunurdu.

Həbsxana şəhərciyində “ağ bina” və “qırmızı bina” adlanan iki təcridxana olduğu deyilir.
Baas dövrünün sonu: Suriya bundan sonra necə dəyişəcək? “Qırmızı bina”da saxlanılanların əksəriyyəti 2011-ci ildən həbsdə olan mülki şəxslər olduğu halda, “ağ bina”da rejimə “sədaqətsizlik” səbəbilə saxlanılan zabit və əsgərlər olub. Adətən Dəməşqin Mezze rayonunda yerləşən hərbi məhkəmələrdən birində ədalətsiz mühakimə olunan məhbuslar bu binalara köçürülüb. "Qırmızı bina"da olan minlərlə insanın mühakimə olunmadan edam olduğu deyilir.

Keçmiş həbsxana məmurlarının və məhbusların ifadələrinə görə, 2011-ci ildən bu yana qırmızı binada saxlanılanların əksəriyyəti Suriya rejiminə müxalif kimi görünən cəmiyyətin bütün təbəqələrindən olan mülki şəxslərdir.
2011-2015-ci illər arasında aparılan hesabatlara görə, hər həftə, bəzən isə iki həftədən bir təxminən 50 nəfər edam olunurdu. Edam həyata keçirildikdən sonra qurbanların cəsədləri yük maşınlarına yüklənərək Dəməşqin Tişrin Hərbi Hospitalına aparılıb.

Sednayadakı keçmiş həbsxana məmurlarının və Tişrin xəstəxanasının həkimlərinin dediyinə görə, tibbi hesabatlarda və ölüm şəhadətnamələrində ölüm səbəbi kimi ya ürək, ya da tənəffüs çatışmazlığı göstərilirdi. Onların ölümləri xəstəxanada qeydə alındıqdan sonra cəsədlər Tişrindəki morqa, oradan isə kütləvi məzarlıqlara göndərilirdi.
İnsan haqları təşkilatlarının məlumatına görə, 2011-2018-ci illər arasında Sednaya həbsxanasında 30 mindən çox məhbus edamlar, işgəncələr, tibbi xidmətin olmaması və aclıqdan ölüb.Türkiyə mərkəzli Sednaya Həbsxanasında İtkin Olmuş Məhbuslar Dərnəyi 2022-ci ildə azadlığa çıxan məhbuslara əsaslanan məlumatlara əsasən, 2018-2021-ci illər arasında ən azı 500 məhbusun edam edildiyini açıqlayıb.
Həmidə İbrahimova
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri