Icma.az
close
up
RU
525 ci qəzet Erməni vandalizmi davam edir İrəvandakı Təpəbaşı məscidi təhqir olunur

525 ci qəzet Erməni vandalizmi davam edir İrəvandakı Təpəbaşı məscidi təhqir olunur

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistan Azərbaycanın tarixi, mədəni-dini irsinə qarşı vandal hərəkətlərindən əl çəkmək istəmir. İllərlə işğal altında olan torpaqlarımızda görünməmiş vəhşiliklər törədən, bütün tarixi-mədəni abidələrimizi, dini məkanlarımızı dağıdan ermənilər eyni zamanda, Ermənistanda da Azərbaycan irsinə qarşı eyni cür davranıblar. Həmin vandal əməllər bu gün də davam edir. Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan görüntülərdən məlum oldu ki, İrəvandakı Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan məscidi spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Bu, əlbəttə ki, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır. Həmin görüntülərdə məscidin ciddi dağıntılara məruz qaldığı, interyerinin tamamilə dəyişdirildiyi görünür.

Qeyd edək ki, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial şəbəkə hesabında İrəvandakı məscidin təhqir olunmasına görə beynəlxalq ictimaiyyətə çağırış edib: "İşğal illərində Qarabağda bütün məscidlərimizi təhqir edən və tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edilir. Beynəlxalq ictimaiyyət və təşkilatlar tədbirlər görməlidir, bu vandalizmin qarşısı alınmalıdır".

Təpəbaşı məscidi İrəvandakı tarixi Təpəbaşı məhəlləsində yerləşir. Məscid Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilib. Tamamilə kərpicdən olan abidənin divarlarının qalınlığı 1,5 metrdir. Bu məscid 19-cu əsrin sonlarında inşa edilib və azərbaycanlı əhalinin əsas ibadət yerlərindən biri olub. Bəzi mənbələrdə məscidin daha erkən tikildiyinə dair məlumatlar var.  Məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşıb.

Ümumiyyətlə, Ermənistan soydaşlarımızın izini itirmək məqsədilə Təpəbaşı məscidinin də yerləşdiyi Təpəbaşı məhəlləsini sökməklə bağlı planlar qurur. Təpəbaşı məhəlləsi demək olar ki, tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib.

Qərbi Azərbaycan İcmasının Təpəbaşı məscidi ilə bağlı bəyanatında deyilir ki, Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır: "Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir. Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq. Biz Ermənistan hökumətindən, Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edirik".

Azərbaycan Ermənistanın mədəni-dini irsimizə qarşı bu cür davranışı ilə bağlı UNESCO rəhbərliyinə müraciət edərək Ermənistana faktaraşdırıcı missiya göndərməsinə çağırış edib. Amma təəssüf ki, Azərbaycan vətəndaş cəmiyyəti, tanınmış ziyalılar, alimlər, mədəniyyət xadimləri və digər səviyyələrdə edilmiş bu müraciətlərə adekvat reaksiya verilməyib.

Həmin müraciətlərdən birində deyilir ki, Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib. Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib. Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb.

Bu geniş miqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib. Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq "fars məscidi" kimi təqdim edilir.

UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsi, Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməsi və sənədləşdirməsi, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunması xahiş edilsə də, müraciətlərə cavab verilməyib.

Ermənistanın məscidlərə, ümumiyyətlə maddi-mədəni irsimizə qarşı vandal münasibəti onu göstərir ki, ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar həm işğal müddətində Qarabağda, həm də Ermənistanda Azərbaycan abidələrini, məscidləri dağıdıblar. Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, qalan bir neçə ibadət evində donuz saxlayıb, onları tövləyə çeviriblər. Bununla onlar təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman dünyasının heysiyyətını təhqir ediblər. Məscid müqəddəs məkandır, Allahın evidir. Bu cür əməllər isə Allah qatında böyük günah sayılır. Azərbaycan heç vaxt bu cür addım atmayıb, erməni kilsəsi Bakının mərkəzində olduğu kimi qalır.

Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin vandal əməllərinə toxunaraq deyib: "Ağdamda cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib".

Bu gün azad olunmuş ərazilərdə yeni məscidlər inşa olunub və tikinti işləri davam edir. Ermənilər isə faşist ideologiyadan əl çəkməyərək Azərbaycan izini silməklə məşğuldurlar. Amma tarixdən bu izləri silmək mümkün deyil. İrəvan Azərbaycan şəhəridir və Təpəbaşı məhəlləsi tarixən azərbaycanlıların yaşadığı məkan olub.

Təəssüf ki, 30 il erməni vandallığına göz yuman aidiyyəti qurumlar bu gün də susurlar. Ermənilərin beynəlxalq hüququ,  konvensiyaları pozan addımlarını görmək istəmirlər. Təkcə UNESCO deyil, İslam Əməkdaşlıq Təşkilatı, müsəlman dövlətləri məsələyə həssas yanaşmalıdırlar. Axı söhbət müsəlmanlar üçün müqəddəs olan məscidlərin dağıdılmasından, spirtli içkilərin istehlak edildiyi məkana çevrilməsindən gedir. Bir məscidin təhqiri bütün müsəlman dünyası üçün qəbuledilməz olmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri