Icma.az
close
up
RU
İrəvandakı “erməni soyqırımı” abidəsi söküləcək?...

İrəvandakı “erməni soyqırımı” abidəsi söküləcək?...

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistanda “erməni soyqırımı” adı altında təqdim edilən ideoloji alət uzun illərdir regional siyasətin əsas alətlərindən biri kimi istifadə olunur. Bu narrativin mərkəzində İrəvanda yerləşən və rəsmi adı "Tsitsernakaberd" olan qondarma “erməni soyqırımı abidəsi” dayanır. Abidə 1967-ci ildə sovetlər mövcud olduğu dövrdə inşa edilib. Bu tarix təsadüfi seçilməyib və ciddi siyasi kontekstə malikdir.

1960-cı illər SSRİ-də milli respublikalar üzərində ideoloji nəzarətin yeni mexanizmlərlə gücləndirildiyi dövr idi. Moskva mərkəzi hakimiyyətini qorumaq üçün tarixi travmalar üzərindən idarəetmə siyasəti yürüdürdü. Erməni millətçiliyinin yönləndirilməsi də məhz bu strategiyanın tərkib hissəsi idi. Qondarma “soyqırımı” ideyasının dövlət ideologiyasına çevrilməsi SSRİ tərəfindən təşviq olunmuşdu. Məqsəd Türkiyəyə qarşı təzyiq rıçağı yaratmaq idi.

Bu faktı Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan da müxtəlif çıxışlarında dolayı yolla etiraf edib. Paşinyan bildirib ki, “soyqırımı” mövzusu uzun illər xarici siyasi təsir aləti kimi istifadə olunub. Bu etiraf abidənin ideoloji mahiyyətini açıq şəkildə ortaya qoyur. "Tsitsernakaberd abidəsi" siyasi simvoldur və Türkiyə-Ermənistan münasibətlərində əsas gərginlik mənbələrindən biri olaraq qalır.

1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra bu ideoloji xətt daha da sərtləşdirildi. Abidə ətrafında hər il dövlət səviyyəsində rəsmi mərasimlər təşkil olunur. Bu mərasimlərdə anti-Türkiyə ritorikası əsas yer tutur. Nəticədə regionda qarşıdurma psixologiyası formalaşdırılır.

Zamanla beynəlxalq aktorlar da bu narrativdən öz maraqları üçün istifadə edirlər. Xüsusilə ABŞ və bəzi Qərb dairələri mövzunu siyasi təzyiq mexanizminə çevirib. Amerika Birləşmiş Ştatları “soyqırımı” iddialarını birbaşa Ermənistanın maraqlarından çox öz geosiyasi gündəliyi üçün gündəmdə saxlayır. Əslində Ermənistan bu prosesdə alət rolunu oynayır.

Bu kontekstdə ABŞ-ın Ermənistandakı yüksək səviyyəli təmasları diqqət çəkir. Erməni KİV-lərinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti J.D.Vens rəsmi səfər çərçivəsində İrəvana gəlib. Səfər çərçivəsində o, qondarma “erməni soyqırımı abidəsi”ni də “ziyarət” edib. Bu “ziyarət” zamanı onu həyat yoldaşı Uşa Vens müşayiət edib.


Bu addım Ermənistan daxilində siyasi jest kimi təqdim olunur. Regional kontekstdə isə bu "ziyarət" tamamilə fərqli mənzərə yaradır.

Belə addımlar Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə zərbə vurur. Diplomatik terminlə desək, qarşılıqlı etimada ziddir.

Regionda kommunikasiya kanallarının açılmasının müzakirə olunduğu bir dövrdə bu cür simvolik addımlar gərginliyi artırır.

Xüsusilə Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açmaq cəhdləri zəifləyir. Bu proses dövlətlərarası münasibətlərə zərbə vurmaqla yanaşı, cəmiyyətlərarası əlaqələrə də mənfi təsir göstərir.

Nəticədə Ermənistanda gənc nəsil tarixə birtərəfli yanaşma ilə böyüdülür. Bu da düşmənçilik toxumlarının sistemli şəkildə səpilməsi deməkdir.

Paşinyan hakimiyyəti bilməlidir ki, tarixi faktların selektiv təqdimatı gələcək nəsillər üçün təhlükəli nəticələr yaradır.

Mütləq onu da vurğulamaq lazımdır ki, bu hadisələr Azərbaycanda da ciddi narazılıqla qarşılanır. Çünki “soyqırımı” narrativi birbaşa Azərbaycan əleyhinə də istifadə olunur.

Xüsusilə torpaqlarımız işğal altında olan zaman bu ideologiya manipulyativ alətə çevrilmişdi və bu gün də məsələyə eyni kontekstdən yanaşanlar var. Odur ki, regiona sülh gətirdiyini deyən ABŞ rəsmisinin bu “ziyarəti” ilə regional sülh və əməkdaşlıq mühiti sabotaj edilir.

Cənubi Qafqaz yeni geosiyasi reallıqlar mərhələsinə daxil olub. 2020-ci ildən sonra bölgədə güc balansı dəyişib. Yeni kommunikasiya xətləri və iqtisadi əməkdaşlıq imkanları gündəmə gəlib. Belə bir mərhələdə köhnə ideoloji abidələrin saxlanılması yumşaq desək, destruktivlikdir.

Bu nöqtədə Nikol Paşinyanın məsuliyyəti xüsusi vurğulanmalıdır. Paşinyan tez-tez “real Ermənistan” anlayışından danışır. Real Ermənistan isə miflər üzərində qurulmamalıdır, rasional siyasət üzərində formalaşdırılmalıdır. Ona görə də bu baxımdan "Tsitsernakaberd abidəsi" yenidən qiymətləndirilməlidir.

Ermənilər bilməlidirlər ki, abidənin mövcudluğu Ermənistanın gələcəyinə xidmət etmir. Əksinə, onu keçmişin girovuna çevirir.

Analitik yanaşsaq, məsələdən çıxış yolu olaraq bu abidə sökülməli, yerində regional barışı simvolizə edən dostluq abidəsi inşa edilməlidir. Bu addım Türkiyə və Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər.

Paşinyan belə bir qərarı seçkilərdən sonra verməlidir. Bu, onun siyasi iradəsinin real sınağı olacaq. Əgər bu addım atılmasa, düşmənçilik ideologiyası davam edəcək. Ermənistan regional təcriddən çıxa bilməyəcək.

Çünki sülh yalnız simvolik jestlərlə olmur, real qərarlarla mümkündür. Tarixi barışıq üçün miflərdən imtina vacibdir. Əks halda, Cənubi Qafqazda gərginlik dövrü uzanacaq. Bu isə heç bir tərəfin maraqlarına cavab vermir. Bu abidənin mövcudluğu Ermənistanın Türkiyəyə ərazi iddiasına bərabər isterikdir.

Yuxarıdakı faktlara əsasən deyə bilərik ki, qondarma “erməni soyqırımı abidəsi” tarixi həqiqətdən uzaq siyasi manipulyasiyanın məhsuludur. SSRİ dövründə yaradılan bu iftira daşı sonradan Qərb tərəfindən alətə çevrilib. Onun mövcudluğu Türkiyə-Ermənistan münasibətlərində soyuqluq yaradır, yeni nəsillər arasında düşmənçilik psixologiyasını dərinləşdirir.

Paşinyan həqiqətən də yeni Ermənistan qurmaq istəyirsə, özünü və ölkəsini bu yükdən azad etməlidir. Yalnız bu halda regionda davamlı sülhə doğru real addım atıla bilər.

 
Elnur ƏMİROV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri