525 ci qəzet Fransa Xarici kəşfiyyatının rəhbəri Əlcəzairə elan olunmamış səfər edib
Icma.az bildirir, 525.az portalına istinadən.
Fransa Xarici Kəşfiyyat Baş idarəsinin rəhbəri Nikolas Lerner iki ölkə arasında diplomatik böhranın kəskinləşməsi fonunda Əlcəzairə elan edilməmiş səfər edib.
525.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.
Səfərin məqsədi ilə bağlı hər hansı digər məlumat dərc edilməyib. Eyni zamanda, onun Əlcəzairə səfəri nəşr tərəfindən “müsbət siqnal” və ölkələr arasında “gərginliyin artmasının dayandırılması istəyi” kimi qiymətləndirilib.
Fransa və Əlcəzair 2024-cü ilin yayından təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırıb.
2024-cü ilin dekabrında Əlcəzair mediası fransız kəşfiyyatına işləmək və Nigerdən Əlcəzairə hücumlar həyata keçirmək üçün Fransa tərəfindən işə götürüldüyü iddia edilən keçmiş islamçı haqqında xəbər dərc etdikdən sonra iki ölkə arasında gərginlik yenidən yaranıb.
Fransa-Əlcəzair münasibətlərinə böyük zərbə 2024-cü ilin yayında Parisin Mərakeşin Qərbi Sahara ərazisi üzərində suverenliyini tanıması oldu. Əlcəzair Polisario Cəbhəsini dəstəkləyir, ona görə də Fransanın bu addımı Şimali Afrika dövlətində düşmənçilik kimi qiymətləndirilib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















