Tovuzda şəhidin şəklini tanınmaz hala saldılar
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tovuz rayonunun Qaraxanlı kəndində xoşagəlməz hal yaşanıb.
Belə ki, XTQ mənsubu, 44 günlük savaşın və antiterror əməliyyatının iştirakçısı Hacıəli Qasımovun şəkli üzərində qeyri-etik hərəkətlər edib.
Bu barədə Gununsesi.info -ya məlumatı şəhidin yaxın qohumu Rəşad Əliyev bildirib.
Sözügedən məsələ ilə bağlı şəhidin yaxınları sosial şəbəkədə də paylaşım edərək polisdən kömək istəyirlər.
Onlar bunu edən şəxs və ya şəxslərin tapılaraq cəzalanmasını istəyirlər.
“Elşad Hacıyevdən şəhidin yaxını olaraq xahiş edirəm ki, bunu edən tapılsın, ifşa edilsin. Mən buna inanıram. İnanıram ki, polis qardaşlar bizi sevindirəcək”,- deyə şəhidin əmisi qeyd edib.
Qeyd edək ki, XTQ mənsubu, 44 günlük savaşın və Antiterror əməliyyatının iştirakçısı Hacıəli Qasımov Xankəndi ətrafında erməni snayperi tərəfindən açılan atəş nəticəsində alnından güllə yarası almış və 4 ay komada qalmışdır.
9 medal bir ordenlə təltif olunub.
Maqsud
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 19 Yanvar 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















