525 ci qəzet Husilər İsrailə hücum edib
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yəməndəki husilər Təl-Əvivin Yaffa rayonu və Eylat şəhərinə hücum təşkil ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, husilərin Hərbi Sözçüsü Yəhya Seri “Əl-Məsirə” telekanalında yayımlanan açıqlamasında məsələ ilə bağlı məlumat verib.
Seri çox sayda silahlı pilotsuz uçuş aparatı (PUA) ilə iki uğurlu hərbi əməliyyat həyata keçirdiklərini bildirərək, əməliyyatlarda Təl-Əviv yaxınlığındakı Yaffa bölgəsini və Eylat şəhərindəki elektrik stansiyasını hədəf aldıqlarını qeyd edib.
Hərbi sözçü hər iki əməliyyatın məqsədlərinə çatdığını vurğulayıb.
Qeyd edək ki, 31 oktyabr 2023-cü ildən etibarən İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəmən sahillərində İsrail şirkətlərinə məxsus olduğunu bildirdikləri ticarət gəmilərini ələ keçirib, bəzi gəmilərə isə pilotsuz təyyarə və raketlərlə hücumlar təşkil ediblər.
Malik Atilay
Baxış sayı:92
Bu xəbər 16 Yanvar 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















