Husilər İsrailə hücum etdilər
Icma.az, Metbuat saytına istinadən bildirir.
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin şimal-qərbində yerləşən Orot Rabin istilik elektrik stansiyasına raket zərbələri endiriblər.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yəmən silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan "Əl Məsirə" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, İsrailin ən böyük elektrik stansiyası "Fələstin 2" hipersəs ballistik raketi ilə hücuma məruz qalıb və əməliyyat öz məqsədinə çatıb.
Qeyd edək ki, husilər 2023-cü ilin oktyabrında Qəzza zolağında müharibə başlayandan dərhal sonra İsrailə və beynəlxalq gəmilərə hücum etməyə başlayıblar. Onlar HƏMAS və fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Yanvar 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















