Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

525 ci qəzet İncinin təbəssümü Şəhid Fərhad Fərhadlının xatirəsinə

525 ci qəzet İncinin təbəssümü Şəhid Fərhad Fərhadlının xatirəsinə

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Mənə elə gəlir ki, ötən əsrin 90-cı illərində dünyaya gələnlər fərqli oldular. Bir başqa cür ağladılar dünyaya gələndə. Yaşadığımız ağrıları ana bətnində duydular bəlkə... Bəlkə də o illərin ağrı-acısı vardı göz yaşlarında...

8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olan Fərhad da fərqliydi. "Uşaqlıqdan fərqliydi, Qarabağ hadisələriylə bağlı  verilişlərə, ya "Fəryad" filminə baxanda çox kədərlənirdi, suallar verirdi. "Ata, niyə ermənilərə heç nə eləmirik? Onlar bizdən çoxdu ki?" - deyə soruşardı. "Darıxma, bizim əsgərlər də döyüşəcək, torpaqlarımızı alacaq bir gün" deyirdim. Bilmirdim ki, ürəyində əsgər olmaq, torpaqları azad etmək  arzusuyla böyüyür. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olarkən Aprel döyüşlərində iştirak etmişdi. Həqiqi hərbi xidmətdən sonra magistr təhsilinə davam etdi, ailə qurdu. İşlədi. Həyatı qaydasında idi. Amma torpaqların işğalda olması ilə barışmırdı. Polad Həşimovun ölümü sarsıtdı onu. Elə o vaxtdan könüllü yazılmışdı. Dəyərli oğul idi. Hər yerdə hörmət qazanmışdı. Çox sadiq dostları var. Onun şəhid xəbərini iş yoldaşları bizdən əvvəl öyrənmişdilər, Füzuliyə də onlar getmişdi. Ən böyük arzusu ailəsini də, başqalarını da xoşbəxt görmək idi. Bilirəm ki, indi ruhu şaddır, çünki Vətəni xoşbəxtdi. Özüm də o işğal günlərinin ağrısıyla yaşayırdım. Bizi bu ağrıdan qurtardı Fərhad kimi oğullar. "Bundan sonra qoy hamı firavan günlər yaşasın" - dedi Birinci Qarabağ savaşının könüllüsü, o illərin bütün ağırlıqlarını yaşayan Vüqar Fərhadlı.

Nəsrəddin Tusi adına 12 nömrəli Sumqayıt şəhər tam orta məktəbinin məzunu olan Fərhad Vüqar oğlu Fərhadlı Azərbaycan Neft və Sənaye Universitetində menecment ixtisası üzrə bakalavr təhsili alır.

Sonra qardaşı Fəridlə birlikdə həqiqi hərbi xidmətə yollanır. 

"Biz heç ayrılmazdıq. Həmişə yanımda olub. Beyləqanda N saylı hərbi hissədə də bir yerdə xidmət keçmişdik. Mənə qardaş, dost, sirdaş idi. Hər işdə onunla məsləhətləşərdim, bölüşərdim. Mənim üçün nümunə şəxsiyyət idi. Elə də yaşadı. Hər şeyə öz zəhməti ilə nail olmuşdu. Mənim üçün qəhrəman idi, qəhrəman da oldu" - dedi Fərid Fərhadlı.

Həqiqi hərbi xidmətdən sonra  Azərbaycan İqtisad Universitetində Biznesin təşkili və idarə olunması ixtisası üzrə magistraturaya qəbul olunur. 2020-ci ildə magistr təhsilini başa vurur. Pandemiya dövrünə təsadüf etdiyindən  diplomu 2022-ci ildə valideynlərinə təqdim olunub. Taleyin belə acısı da olur. İndi onun xatirə guşəsində heç vaxt görmədiyi magistr diplomu da var...

"21 sentyabr... Səni son gördüyüm tarix. Ürəyimcə görüşmədim səninlə. Sanki işə gedirmiş kimi yola saldıq səni. Gələcəksənmiş kimi... Həyatımız elə qaydasında gedirdi ki. O qədər yaxşı tamamlayırdıq ki, bir-birimizi. Saatlarla gözəl söhbətlər edirdik. Biz təkcə ömür-gün yoldaşı deyildik səninlə, dost idik axı... Fərhad, sən mənim üçün hər kəsi və hər şeyi əvəz edə bilən idin. Amma indi hər dəfə İncinin əlindən tutanda, onu qucaqlayanda sənsiz necə tək qaldığımızı hər saç telimə, damarımda axan qana qədər hiss edirəm. Yanımızda nə qədər bizi sevən, dəstək olan insan olsa da, bu yarımlığı, tənhalığı hiss edirəm. Zaman ayaqda durmağı öyrədir, ağrıları azaltmır, yaraları sağaltmır. Sənsiz çətin yox, çox ağırdır. Səninlə birlikdə hər şey bitdi: həyat eşqi, ürəkdən gülümsəmə, sevinmə, hər şey... Fərhad, bizi keçmişimizə sürgün etdin, gələcəklə yox, keçmişlə yaşayırıq. Hər şeyə rəğmən, mən hər addımda səni düşünürəm, hər qərarımda sənin nə düşünəcəyini düşünürəm. Dəyişən təkcə cismən yanımda olmamandı. Allah mənə sənin qarşına üzüağ çıxmağı nəsib etsin. İndi arzum budur". Bunları seçib-sevdiyi, 2017-ci ildə ailə qurduğu həyat yoldaşı Gülşən xanım yazıb. Oxuyursan, oxuyursan, sevincin qarşısında boynubükük olursan... Sevənlərinə doğmalarına heç nə demək olmur əslində. Ağrı var ki, təsəlli vermək yersiz görünür.

"24 oktyabr qızının doğum günündə yanında olmağı arzulayırdı. O günü səbirsizliklə gözləyirdi. Gedə bilməsəm də eybi yox, azad olunan torpaqlar da qızıma hədiyyəmdir", -deyib döyüş yoldaşlarına...

Vətən sevdalı Fərhad tərəddüd etmədən 2020-ci il 21 sentyabrda hərbi təlimlərə qatılıb. Müharibənin ilk günündən azadlıq və ədalət savaşının əsgəri olub.

Şagird, tələbə olanda da, işləyəndə də fərqlənib Fərhad. Savadı, mənəvi dünyası, davranışı, məsuliyyəti ilə fərqlənib. Müəllimlərin, yoldaşlarının sevimlisi olub. Birincilərdən olub. Zəhmətkeş ailədə böyüyən Fərhad öz zəhməti ilə nail olub hər şeyə. İş həyatına "Gilan Holdinq"də başlayıb, sonra "Kapital Bank"ın Nəzarət departamentində çalışıb. İndi "Kapital Bank"ın Sumqayıt filialı da, yaşadığı küçə də Fərhad Fərhadlı adınadır.

"Vətən uğrunda", "Xocəvəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

"Cəbrayıl, Füzuli, Xocavənd uğrunda döyüşlərdən keçdik. O,  qəhrəman idi. Sanitar təlimçinin məsuliyyəti böyükdü. Çox çətindir yaralıları daşımaq, onlara ilk tibbi yardım göstərmək. Təkcə bir döyüşdə 12-dən artıq yaralını xilas etdi. Bircə an dayanmırdı, onları güllə, qəlpə yağışından çıxarırdı. Arada xəstələnmişdi, hərarəti yüksək idi, döyüşdən çıxa bilərdi, amma getmədi. Sona kimi yanımızda oldu. O həm də bizə ruh verirdi, qələbəyə inandırırdı. Yaralılarda da yaşam inamı yaradırdı. Bunlar çox önəmlidir. Oktyabrın 20-də Füzulinin Gecəgözlü kəndi uğrunda çətin döyüşlər idi. Fərhad özünü itirmir, həm döyüşür, həm şəhidləri təhlükəsiz yerə aparır, yaralılara tibbi yardım göstərirdi. Nə qədər yaralıya kömək etdiyini heç dəqiq deyə bilmərik. Onlarla əsgəri xilas edib. Çox qorxmaz idi. Hər oğul elə çətin döyüşdə yaralıları döyüş meydanından çıxara bilməzdi. O bacarırdı. Həmin gün artıq 3 nəfəri xilas etdi. 4-cü yaralının köməyinə çata bilmədi..." - belə söylədi döyüş yoldaşı Füzuli Mayılov...

"Fərhad dünyaya gələndə atası döyüşdəydi. Vüqar atasını iki aylıq olanda itirib, ona görə demişdi ki, oğlum olsa, atamın adını qoyun. Babasının adını ləyaqətlə daşıdı qəhrəman balam. Geyindi, keçindi, quş kimi uçub getdi, elə bil müharibəyə getmir. O qədər bu günü gözləyirdi. Zəng edəndə də çox rahat, sakit danışardı. O heç vaxt çətinlikdən qorxmazdı, şikayət etməzdi. Son dəfə 19-da danışdıq. Ürək-dirək verdi, sevinclə dedi ki, ana, Qubadlıya gedirik, orda bayrağı özüm qaldıracam. İgid bala böyütmüşəm. Nə deyim? Nə deyəcəyimi də bilmirəm. Elə bil bütün sözləri də özü ilə aparıb Fərhad..." - Gülminaz xanımın səsində kədərlə qürur yarışır elə bil.

Yazını yazarkən Fərhadın sağlığında qızı ilə olan görüntülərini izlədim, şəkillərə baxdım. Sevinc yağan görüntülərdən bütün duyğularım alt-üst oldu...

Bir də sonrakı şəkillər... Müharibənin dəhşəti haqqında əsərdi hər şəkil. Heç bir yazıçının heç vaxt yaza bilməyəcəyi bir əsər. Şəkillərdəki nurlu təbəssümlü atası ilə şəkil çəkdirib İnci. İnci də gülümsəyir. Bu təbəssüm qədər hansı silah dağıdar dünyanı? Təbəssüm bu qədər ağır olarmı? Bu qədər yaralayarmı insanı?

Daş üzərindən boylanan atası kimi qürurla dayanıb İnci. Sevincin dərdli göz yaşı da olurmuş... Kim silə bilər ki?

Bu göz yaşıyla sərvəti, var-dövləti, gözəlliyi başına bəla olan Azərbaycan illər, əsrlərdi yaşam mücadiləsi edir. Qurbanlar verir. Şəhidlərin ruhu dolaşır hər qarışında.

İncisə hələ şəhidliyin nə olduğunu anlamır.

İllər ötəcək, O, atasızlığın kədərini yaşayacaq. Nə qədər gülümsəyəcək, nə qədər gözləri dolacaq, ağlayacaq, bilmirəm... Amma bilirəm ki, o qürurlu duruşunu, üzündəki təbəssümü bir gün anlayacaq. Yenə də qürurla gülümsəyəcək. Anlayacaq ki, o, tariximizə qələbə yazan qəhrəmanın övladı, qalib ölkənin vətəndaşıdır.

Kamalə ABİYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri