Icma.az
close
up
RU
Şəhid xatirəsinə ehtiram nümunəsi

Şəhid xatirəsinə ehtiram nümunəsi

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Onillər, yüzillər ötəcək, amma şəhidlərimiz unudulmayacaq. Onlar zamanında Vətən üçün döyüşüblər, hər biri öz ruhunu da Vətənin əsgəri bilib. Vətən torpağını canı bahasına qoruyub hər şəhidimiz. Xalqımız daim onları böyük ehtiramla yad edir. Vətənpərvər şair və yazarlarımız şəhidlərimizi yaddaşlarda yaşatmaq üçün əsərlər yaradır, onların döyüş yolunu kitablara köçürərək gələcək nəsillərə ötürürlər. Şair-publisist, Əməkdar jurnalist Rəşid Faxralı "Yayda soyuq yel əsdi" sənədli povestini xalqımızın igid oğlu, igid döyüşçü Nail Məqarif oğlu Mahmudova həsr edib. Bu kitab əziz şəhidlərimizdən biri olan Nail Mahmudovun xatirəsinə ehtiramın təsirli ifadəsidir.

Kitabda Nailin uşaqlıq, gənclik və hərbi xidmət dövrü əhatə edilir. Ömrünün cəmi on səkkiz baharını yaşamış Nailin necə cəsarətli, qorxubilməz, ehtiyacı olanların yardımına çatan oğul olduğunu müəllif həyatı faktlarla və bu faktlardan qaynaqlanan təxəyyüllə oxucuya çatdırır.

Nail Mahmudov Şamaxı rayonunn Çarhan kəndində anadan olub. Çarhan kənd orta məktəbində oxuyub. Müəllimlərinin, sinif yoldaşlarının, əsgər dostlarının, doğmalarının xatirələri onun parlaq obrazını tamamlayır. Sənədli povest məhz belə yaranıb. Rəşid Faxralı Nailin hələ uşaq yaşlarında məktəbdən evə qayıdarkən qonşuluqda qadın və uşaqların qəfil harayına çatdığını xatırladır. Erkən yaşında təhlükəli bir vəziyyəti aradan qaldıran Nailin cəsarətindən, mərdliyindən danışılır. Nail özünü evdə, məktəbdə dostlar arasında qayğıkeş göstərməyi bacarıb. Bir sözlə, müəllif onun cəsarətini də əsərləşdirə bilib, mübarizliyini də. 

Nail Mahmudov Beyləqan rayonunda yerləşən hərbi hissələrdən birində xidmətə başlayıb. Komandirlərinin, döyüşçü yoldaşlarının Naillə bağlı xatirələri də maraqlıdır. Hərbi biliklərini dərindən mənimsəməklə əsgər yoldaşlarına da hər zaman yardımçı olub. Qısa təlim kursu keçəndən sonra Nail işğalçı düşmənlə üz-üzə, təmas xəttində yerləşən bölməyə göndərilir. Nailin təyin olunduğu bölmənin dayaq məntəqəsi coğrafi baxımdan mürəkkəb olub. Komandirlər əsgərlər arasında daha cəsur, daha çevikləri bu cür postlara təyin edirdilər.

Nail Xocavənd rayonunda, Ergi düzündən keçən təmas xəttindəki postda xidmət edib və atəşkəs olsa da, düşmən dəfələrlə gecə və məhdud görmə şəraitində basqınlar həyata keçirməyə çalışıb. Nail də daxil olmaqla əsgərlərimizin sayıqlığı nəticəsində düşmən məqsədinə çata bilməyib. Əksinə, itki verərək geri çəkilib.

İsti yay günlərinin birində düşmən yenə öz bəd niyyətini həyata keçirmək istəyib. Düşmənin kəskin hücumunun qarşısı igid döyüşçülərimiz tərəfindən mərdliklə alınıb. Nail də düşmənlə cəsarətlə döyüşüb, tez-tez atəş mövqeyini dəyişərək işğalçılara qətiyətlə müqavimət göstərib. Geri çəkilən düşmənin ərazidə bir tankı qalıb. Komandir onu gətirməyi Nail də daxil olmaqla kiçik bir qrupa həvalə edib. Nail bu əmri yerinə yetirəndə qəhrəmancasına şəhid olub.

Ergi düzündə yay çox isti keçir. 1998-ci ilin iyul ayında düşmənin amansız hücumu ilə cəmi bir gün əsən soyuq yel isə Nailin ömrünə son qoydu, onun vətən üçün döyünən qəlbini susdurdu.

Şəhid Nail Mahmudovun ölümündən uzun bir zaman keçir. Lakin onun qəhrəmanlığı, mislsiz xidməti, parlaq döyüş yolu unudulmur, əziz xatirəsi ürəklərdə, yaddaşlarda yaşayır.

Bəxtiyar ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri