Icma.az
close
up
RU
525 ci qəzet Kolumbiyada silahlı toqquşmalarda ölənlərin sayı 80 ə çatıb

525 ci qəzet Kolumbiyada silahlı toqquşmalarda ölənlərin sayı 80 ə çatıb

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Kolumbiyada silahlı üsyançı qrup Milli Azadlıq Ordusu (ELN) ilə keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) 33-cü Cəbhəsi arasında baş verən toqquşmalarda ölənlərin sayı 80-i keçib.  

525.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Santander qubernatoru Villiam Villamizar mətbuata verdiyi açıqlamada toqquşmaların ağır nəticələrə səbəb olduğunu vurğulayıb:  

"Bu gün son dərəcə faciəvi bir vəziyyətlə qarşı-qarşıyayıq. 80-dən çox insan ölüb, 20 nəfər yaralanıb."  

Villamizar əlavə edib ki, "Uşaqlar, gənclər və ailələr münaqişənin qurbanı olmamaq üçün tapdıqları hər vasitə ilə bölgəni tərk etməyə çalışırlar."  

Lokal medianın məlumatına əsasən, ordu üzvləri əməliyyatlar zamanı ELN tərəfindən öldürülmək təhlükəsi ilə üzləşən bəzi icma liderlərini xilas edə bilib.  

Toqquşmalar nəticəsində evlərini tərk etmək məcburiyyətində qalanların sayının 10 mini keçdiyi bildirilir.  

Bununla əlaqədar, Şimali Santander qubernatorluğu təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə yanvarın 20-dən etibarən Katatumbo bölgəsindəki bütün məktəblərin fəaliyyətini dayandırıb.  

Kolumbiya prezidenti Qustavo Petro isə hadisələrlə bağlı məlumat almaq üçün Katatumbo bölgəsində yerli rəsmilər və yüksək rütbəli ordu komandirləri ilə görüş keçirib. Petro orduya bölgədə ictimai təhlükəsizliyi dərhal bərpa etmək göstərişi verib.  

Qeyd edək ki, ELN və keçmiş FARC üzvləri yanvarın 16-da koka bitkiləri və narkotik ticarəti dəhlizlərinə nəzarət uğrunda şiddətli toqquşmalara başlayıblar.  

Sosial şəbəkələrdə yayılan videolarda küçələrdə cəsədlərin olduğu və evlərə basqın edildiyi görüntülər əks olunub.  

Malik Atilay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri