Kolumbiyada üsyançılar arasında toqquşmalarda ölənlərin sayı 60 a çatıb
Report.az saytına istinadən Icma.az xəbər verir.
Kolumbiyanın şimalında silahlı üsyançılar arasında toqquşmalarda ölənlərin sayı 58-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə hökumətə istinadən "El Tiempo" qəzeti məlumat yayıb.
Ən çox qurbanlar Tibu və Teorama bələdiyyələrində olub - müvafiq olaraq 19 və 22 nəfər. Nəşrin məlumatına görə, toqquşmaların baş verdiyi Katatumbo bölgəsinin sakinləri kütləvi şəkildə başqa ərazilərə üz tuturlar.
Üsyançı “Milli Azadlıq Ordusu” ilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərinin yaratdığı qruplar arasında toqquşmalar bir neçə gündür davam edir. Cümə günü Prezident Qustavo Petro “Milli Azadlıq Ordusu”nun hərəkətlərini müharibə cinayəti adlandırıb və sülh danışıqlarının dayandırıldığını elan edib. Silahlı Qüvvələr Katatumboya əlavə hərbçilər göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Yanvar 2025 06:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















