525 ci qəzet Meksika höküməti Google u məhkəməyə verəcək
Icma.az bildirir, 525.az-ə istinadən 525 ci qəzet Meksika höküməti Google u məhkəməyə verəcək.
Meksika höküməti "Google" şirkətini məhkəməyə verməyə hazırlaşır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Klaudiya Şeynbaum açıqlama yayıb.
Buna səbəb "Google" şirkətinin tərtib etdiyi xəritələrdə ABŞ ərazisindən kənarda Meksika körfəzinin Amerika körfəzi kimi göstərilməsidir. Meksika höküməti bunun yolverilməz olduğunu bildirərək belə bir addım atmağı planlaşdırır.
Qeyd edək ki, şirkət fevralın 11-dən tətbiqlərində ABŞ ərazisindəki istifadəçilər üçün Meksika körfəzinin adını dəyişdirdiyini elan etmişdi. Hər halda Kuba və Meksikanın müəyyən ərazilərində də körfəzin adı Amerika kimi göstərilir. Məhz bu amil meksikalıların etirazına səbəb olub.
Yeri gəlmişkən, "Google" şirkətindən sonra "Apple" şirkəti də ABŞ istifadəçiləri üçün xəritələrində ad dəyişikliyini reallaşdırıb.
L.Tağıyeva

