Meksika Google u məhkəməyə verib
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə məhkəməyə verib.
Bu barədə Latın Amerikası ölkəsinin prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransı zamanı məlumat verib.
"Artıq iddia qaldırılıb, hazırda baxılma mərhələsindədir", – deyə o bildirib.
"Bizim yeganə istəyimiz odur ki, ABŞ hökumətinin Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncamı yerinə yetirilsin. ABŞ hökumətinin Amerika körfəzinə dair sərəncamında yalnız ABŞ-nin materik şelfinə uyğun hissə qeyd olunur, bütün körfəz deyil, çünki hökumətin bütün körfəzə ad verməyə səlahiyyəti yoxdur", – deyə Şeynbaum izah edib.
"Əgər söhbət bir ştatın, dağın və ya gölün adının dəyişdirilməsindən getsəydi, biz heç nə deyə bilməzdik. Onlar öz ərazilərində yerləşən hissəni istədikləri kimi adlandıra bilərlər. Amma Meksikaya aid olan hissənin adını dəyişmək olmaz", – deyə o əlavə edib.
/Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 May 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















