Icma.az
close
up
RU
525 ci qəzet Məryəmin gözəl devləri Xalq yazıçısı Elçin yazır

525 ci qəzet Məryəmin gözəl devləri Xalq yazıçısı Elçin yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ELÇİN

Məryəm son zamanlar devlərin rəsmini çəkirdi, ancaq bu devlərin heç bir xofu, vahiməsi, hövlü yox idi və bu devlər təşvişdən, təlaşda çox uzaq idi, çünki Məryəm onları sevə-sevə çəkirdi.

Məryəm bu dünyaya sevmək üçün gəlmişdi.

Məryəm bu dünyada nə görürdüsə, sevgi ilə, istəklə görürdü, çünki Məryəm başqa bir aləmdə yaşayırdı - bizim qavraya bilməyəcəyimiz bir aləmdə və Məryəmin o aləmində Yer üzündə zülm, məşəqqət, məkr, riya, hiyləgərlik yox idi, onun devləri də sevən və sevilən məxluqlar idi.

Təbiət Məryəmi elə yaratmışdı ki, onun ömrü adi insanların ömrü kimi uzun olmayacaqdı, çünki Məryəm adi insan deyildi, o, adi insanlardan uzaqlıqda və ucalıqda idi.

Uzaqlardakı o Məryəm ucalığını biz dərk edə bilmərik və yəqin heç vaxt da dərk edə bilməyəcəyik.

Məryəm orada - o ucalıqda gördüklərini çəkirdi, oradakı sevincini bizlə bölüşürdü, arzularını bildirirdi və onun çəkdiyi güllər də, ağaclar da, dağlar, dalğalar da adi deyildi. Bəzən onun günəşi ağappaq, batikləri isə süjetsiz olurdu və biz: "Günəş də ağ olar?" - demirdik, çünki bu ağlıq yalnız paklığın, təmizliyin rəmzi deyildi, belə olsaydı, çox sadə olardı.

Məryəmin bu ağappaq günəşi, ləkə götürməyən bu bəyazlıq onun özünün daxili aləminin rəngi idi.

Məryəmin xalça naxışları, elə bil, harasa tələsirdi, harasa can atırdı, ancaq hara? Bunu ancaq o, özü bilirdi.

Artıq Novruz bayramına az qalıb və Məryəm bu növbəti Novruzu görməyəcək, ancaq onun çəkdiyi Novruz həmişə bizimlə qalacaq.

Onun çəkdiyi Novruz əslində sevincin, xoşbəxtliyin portreti idi və onun bu gözəl "Novruz" tablosunda heç kim görünmür, o devlər də bu tabloda yoxdur, güllər, çiçəklər də yoxdur, ancaq əslində, isə biz hamımız birlikdə o tablodakı sevincin içindəyik.

Məryəm "Azərbaycan muğamı"nda xanəndənin, tarın, kamançanın, qavalın yox, muğamın özünün portretini çəkirdi, muğamın sözlə, səslə, avazla dediklərinin, muğamın zəngulələrinin, pəsinin, zilinin rəsmini çəkirdi.

Bu sözləri yazıram və Çoban Əfqanın uzun illər bundan əvvəl söylədiyi bir misra yadıma düşür:

"A bu dünya, görüm səni viran qal..."

Məryəmin yaşayıb-yaratdığı aləm onun fırçası ilə aşığın bu qarğışını, ümumiyyətlə bəşəri sənətin "a bu dünya" ilə bağlı yanlışlığını heç vəchlə qəbul etmirdi və onun çəkdiyi "Qobustan" silsiləsində qədim insanların əl-ələ verərək "Yallı" getməsi həyatla bağlı əbədi bir rəqsdir - əbədi şükranlıq, minnətdarlıq rəqsinin ifadəsidir. Sadəcə, biz bunu bilmirik, dünyanı qanlı-qadılı bir dünyaya çeviririk, sonra da sözümüzlə, sənətimizlə qarğış edirik.

Ancaq Məryəmin tabloları bizimlə hirs-hikkə ilə, hirslə, acıqla yox, mərhəmət hissi ilə danışırdı.

Məryəm Ələkbərlinin əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunub, onun Avropa, Asiya mədəniyyət mərkəzlərindəki sərgiləri sensasiya yaradıb, alınıb, kolleksiyalara salınıb və bu, ötəri bir ajiotaj yox, həqiqi rəngkarlıq hadisəsi olub.

Məryəm, bir meteor sürəti ilə, Azərbaycan rəngkarlıq sənətinə daxil oldu və o zaman mən onun əsərlərinin sirli-sehrli təəssüratı altında 2006-cı və 2011-ci ildə "Məryəmin missiyası" adlı iki esse yazmışdım. Axtarıb o yazılardan birini - "Məryəmin missiyası-2"ni tapdım və orda deyirdim: 

"Bu gün Məryəm, şübhəsiz ki, beş il bundan əvvəlki Məryəm deyil, ancaq eyni zamanda Məryəm, yenə də şübhəsiz ki, həmin Məryəmdir və bu sözlərdə heç bir parodoks yoxdur, söhbət istedadın özünüifadəsindəki, bəlkə də, bu beş ilin zaman çərçivələrinə sığmayan bir inkişafından və eyni zamanda, bu inkişafın sürəti müqabilində o istedadın mənəvi ünvanının - məxsusiliyinin qorunub saxlanmasından gedir.

Bu beş ildə artıq professional rəssam Məryəmin əsərləri Bakıdan başqa, Berlində, Moskvada, İstanbulda, Ankarada, Romada, Dovildə, Riqada, YUNESKO-da nümayiş olunub və sənətsevərlər, tamaşaçılar bu əsərləri dəfələrlə Paris sərgilərində də görüblər. Həmin sərgilərdən birini mən xüsusi qeyd edirəm: 2015-ci il iyun ayında Art Şhoppinq festivalı çərçivəsində Luvr muzeyinin Karusel qalereyasında Məryəmin işlərinin sərgisi keçirildi və gənc bir azərbaycanlı rəssamın Luvrda sərgisinin keçirilməsi yalnız gənc rəssamlarımızın həyatında deyil, ümumiyyətlə, Azərbaycan rəngkarlığında bir hadisə oldu.

Bu beş ildə Məryəmin haqqında bədii-sənədli film çəkildi, televiziya verilişləri göstərildi, onun yaradıcılığı ilə bağlı Azərbaycanın da, xarici ölkələrin də mətbuatında məqalələr dərc  olundu, görkəmli fransız, ingilis, rus, türk sənətşünasları yüksək fikirlər söylədilər..."

İndi isə Məryəmin həmin meteor sürəti ilə sənətə gəlməsindən az qala iyirmi il keçib və bu iyirmi il onun yaradıcılığının sonudur.

Bu iyirmi ildə də onun istedadı özünüifadəsini dəyişmədi.

Məryəm devləri yalnız son zamanlar çəkdi, ancaq o gözəl güllər, çiçəklər, o ağappaq günəş kimi o açıq ürəkli, xeyirhax, gülməli devlər də, "Yallı" gedən o Qobustan qədim insanları da onun aləminin sakinləri idi. O xalça naxışları da onunla bir yerdədir.

Məryəm bu dünyadakı missiyasını yerinə yetirdi və birdən-birə də uçub getdi.

Məryəm, Ekzüperinin "Balaca şahzadəsi"ni sevirdi və bu əsərə gözəl illyüstrasiyalar çəkmişdi. O vaxt mən ssenarisini yazdım və Məryəmin balaca şahzadəsi haqqında cizgi filmi çəkildi.

Balaca şahzadə kosmosda səyahət edirdi, planetlərdən planetlərə uçurdu və yəqin elə buna görə də Məryəm bu əsərə bu qədər bağlı idi.

Məryəm uzaqlardakı o ucalıqdan gəlmişdi, uçub, o ucalığa da qayıtdı.

16 fevral 2025. Bakı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see172

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see113

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see111

Ərdoğan: Türkiyə Rusiya Ukrayna görüşünün təşkili üzərində işləyir

31 May 2025 22:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri