Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

525 ci qəzet Ümumi daxili məhsul niyə azalıb?

525 ci qəzet Ümumi daxili məhsul niyə azalıb?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, 2025-ci ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalında azalma qeydə alınıb. Birinci ayda istehsal edilən ÜDM əvvəlki ilin eyni ayına nisbətən 0,9 faiz azalıb. Azalmanın səbəbi iki sahədəki geriləmə ilə bağlıdır. Ən böyük geriləmə sənayenin mədənçıxarma bölməsində qeydə alınıb. Mədənçıxarma sənayesində istehsal 5,7 faiz azalaraq 3 milyard manata düşüb. Sənayenin bu bölməsində istehsalın azalması neft və qaz hasilatının azalması ilə bağlıdır. İqtisadiyyatın neft və qaz istehsalından asılılığının hələ də yüksək olması bu sahədəki dəyişikliklərin ÜDM istehsalına güclü təsir göstərir.

2025-ci ilin ilk ayında istehsalda baş verən dəyişiklik də ÜDM istehsalına mənfi təsir göstərib. Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,6 faiz, əmtəəlik qaz hasilatı 4,8 faiz azalıb. 2024-cü ilin yanvarında neft hasilatı 2,15 milyon ton, qaz hasilatı 2,95 milyard kubmetr olmuşdu. Müqayisə göstərir ki, bu ilin yanvarında neft hasilatı 150 min ton, qaz hasilatı 150 milyon kubmetr azalıb.

Mədənçıxama sənayesinin ÜDM istehsalında payı böyükdür. Bu ilin birinci ayında ÜDM-nin 32 faizə yaxını mədənçıxarmada istehsal edilib. Buna görə də sahənin əsas məhsulu olan neft və qaz hasilatının azalması ÜDM istehsalına mənfi təsir edib.  Azərbaycanda ÜDM istehsalının azalmasına təsir göstərən ikinci amil tikinti sektoru olub. Tikinti sektorunda ÜDM istehsalı 26,3 faiz azalıb və 395 milyon manat təşkil edib. Tikinti sektorundakı azalmanın qaynağı əsas kapitala sərmayə qoyuluşu olub. 2025-ci ilin yanvar ayında əsas kapitala 787 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 54,8 faiz az olub.

Qeyd edilən azalmalar ümumən iqtisadi böyümə sürətinə mənfi təsir edib.

Bəs Azərbaycan ümumi daxili məhsulunda azalmanın səbəbi nədir?

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, ÜDM-də azalmanın əsas səbəbi neft-qas sektorunda hasilatın aşağı düşməsidir. Belə ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə, neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb: "2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən, iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. ÜDM-də azlamaya rəğmən, qeyri neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir".

Ekspertlərin fikrincə, 0,9 faizlik azalma ciddi siqnal olaraq qəbul edilməlidir. Ən azı ona görə ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, statistikanın aşağı düşməsi əsasən neft sektorundakı geriləmə ilə bağlıdır: "Bildiyiniz kimi, ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb. Neft sektorundakı 4 faizli geriləmə də ümumi iqtisadiyyatın 1 faiz geriləməsinə gətirib çıxarıb".

Neft-qaz sənayesindəki azalmanın son illər daimi xarakter aldığını vurğulayan ekspert bildirib ki, növbəti illərdə hasilatın daha da azalacağı gözlənilir: "Neft hasilatında sabitləşdirmə o qədər də mümkün olmur. Hökumət isə çalışır ki, hasilatı artırmaq mümkün olmasa da, heç olmasa, azalma sürətli olmasın. Çox təəssüf ki, qeyri-neft sektorundakı artım da gözlənilən kimi olmadı. Cəmi 1,0 faiz artım qeydə alınıb ki, bu da çox kiçik rəqəmdir. Onu da qeyd edim ki, 2025-ci il üçün ciddi artım proqnozlaşdırılır. Bu il artım ili olacaq".

Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan bir sıra sənaye məhsullarının ixracı azalıb. Bu da istehsalın azalmasına təsir edir. Digər tərəfdən, dünyadakı rəqabətlə bağlı ixrac məhsullarının qiymətində də azalma var ki, bu da ümumi sənaye məhsullarının istehsal həcminə öz təsirini göstərir: "2023-cü ilin birinci rübündə qeyri-neft-qaz ixracının həcmi 912,2 milyon dollar olmuşdu, onda bu ilin eyni dövründə göstəricinin 26,1 faiz azaldığını görərik. Qeyri-neft ixracı məhsulların ixrac dinamikasına nəzər yetirdikdə məlum olur ki, azalma demək olar bütünlüklə elektrik enerjisinin ixracındakı dəyişikliklə bağlıdır. Belə ki, keçən ilin birinci rübündə bu məhsulun ixracının dəyəri 281,1 milyon dollar olubsa, bu ilin eyni dövründə 7 dəfə azalmaqla 40,5 milyon dollar təşkil edib. Elektrik enerjisinin qaz və neft məhsulu olan mazutdan istehsal edildiyini nəzərə alsaq, onun qeyri-neft ixracı kimi qeydə alınmasının yanlış addım olduğunu demək olar. Lakin istənilən halda bu, sənaye məhsuludur. Problem ondadır ki, uzun illərdir Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas prioritet kimi qəbul edilsə də, bu sahədə ciddi bir uğur yoxdur. Bu sahə sənaye ilə birbaşa bağlıdır. Bütün bunlar qlobal neft bazarlarında baş verən dalğalanmalar şəraitində iqtisadiyyatın daha da şaxələndirilməsi və onun dayanıqlılığının təmin edilməsi zərurətini önə çəkir. Bu isə xarici kapitalın cəlb edilməsi və iqtisadiyyatın liberallaşdırılması, vergi və gömrük sisteminin təkmilləşdirilməsi, rəqabət mühitinin yaradılması, inhisarçılığın ortadan qaldırılması şəraitində mümkündür. Elə iqtisadi sistem qurulmalıdır ki, məsələn, tarlada yığılan pambıq ölkə daxilində son məhsula çevrilsin".

İqtisadçı-ekspert Fuad İbrahimov Azərbaycanda ÜDM-nin azalmasına birmənalı yanaşmır: "Düzdür, ÜDM dünya iqtisadiyyatında bir irəliləyişin, inkişafın indeksi kimi qəbul edilir. Ancaq bu, yaşayış keyfiyyətinin göstəricisi deyil. Məsələn, hər hansı ikinci-üçüncü dərəcəli və bizim həyatımızda vacib olmayan məhsulun artımı ÜDM-in artımının göstəricisi ola bilər. Ancaq bu, heç də bütün əhalinin yaşam tərzinə müsbət təsir etmir. Azərbaycanda ÜDM-in zəif artımı əsasən neft amili ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycanın iqtisadi gəlirlərinin çox böyük hissəsi neft-qaz gəlirləri hesabına formalaşır. Ancaq problem ondadır ki, ölkədə neft hasilatı ilbəil aşağı düşür. Hasilət aşağı düşdüyü üçün gəlirlər azalır. Dünyaya qaz ixrac etsək də, qaz neft qədər gəlirli deyil. Ancaq bu o demək deyil ki, Azərbaycan Gürcüstan və digər ölkələrdən geri qalır. Bizim ümumi gəlirlərimizin həcmi həmin ölkələrlə müqayisədə çoxdur. Azalmanın bir səbəbi pandemiya ilə əlaqədardır. O zaman istehsal prosesində müəyyən azalma baş vermişdi. Postpandemiya dövrünün ilk ilində yaranan boşluqları aradan qaldırmaq üçün iqtisadiyyat ikiqat artıq güclə hərəkətə gəlmişdi. Artıq boşluqlar aradan qalxdığı üçün iqtisadi artımın olacağı gözlənilir. Bir sıra ölkələr var ki, orada ötən il iqtisadi artım yüksək olub, bu il isə aşağıdır. Bütün bunlar məsələnin instisuonal tərəfi. Ancaq belə baxanda ÜDM-in artım tempi Azərbaycanda düşməyə bilərdi. İstehsal tempi aşağı düşürsə, deməli, yerli istehsal rəqabət qabiliyyətli deyil. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf tempi qənaətbəxş deyil. Çünki orata bir sıra problemlər var. Rəqabət imkanları məhduddur. Belə olduğu halda bizim məhsullar həm keyfiyyət, həm də maya dəyəri baxımından xarici istehsalçılarla rəqabət apara bilmir. Məsələnin məhz ən narahat edən tərəfi budur. Bundan ötrü bazarda liberallaşma olmalıdır, iqtisadi prpblemlər aradan qaldırılmalıdır. Bu gün yerli sahibkarlar kifayət qədər əziyyət çəkir. Bunun da əsas səbəbi sağlam bazarın olmaması və məmurların özəl sektora müdaxiləsi ilə bağlıdır. Problem ondadır ki, müəyyən dövlət orqanları biznesin inkişafına müdaxilə edirlər. Hər bir kiçik detal onların işində problem yaradır. Nə qədər ki, bu problemlər aradan qalxmayıb, qeyri-neft sektorunda inkişaf səviyyəsi aşağı olacaq".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri