Icma.az
close
up
RU
525 ci qəzet Rusiya öz səhvini düzəltməlidir Ceyhun Məmmədov

525 ci qəzet Rusiya öz səhvini düzəltməlidir Ceyhun Məmmədov

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya tərəfi AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdənsə, öz mediası vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Özünün nəzarətində olan kanallar vasitəsilə 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-ın təyyarəsinin vurulması arasında paralellər aparır və öz məsuliyyətindən yayınmağa çalışır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “525”ə deyib ki, Rusiya tərəfinin bu cür yanaşması, bu cür addımlar atması, belə mövqe nümayiş etdirməsi anlaşılan deyil.

“Təyyarəsi vurulan biz, vətəndaşları həyatlarını itirən biz, bütün bunların fonunda isə günahlandırılan da Azərbaycan. Təəsüüflə qeyd etmək lazımdır ki, neçə gündür Rusiya mediası bizə qarşı qarayaxma kampaniyasını davam etdirir və bu istiqamətdə işlər aparır, tədbirlər həyata keçirir. Hesab edirəm ki, bu mənada Rusiyanın etdikləri bizim ikitərəfli münasibətlərə xələl gətirən yanaşmadır. Rusiya bu cür mövqe sərgiləməməlidir. Heç şübhəsiz ki, Rusiya kimi bir dövlətdə heç kim özbaşına bu cür təbliğat apara, Azərbaycana qarşı bu cür addımları ata bilməz. Bunun arxasında şübhəsiz ki, müəyyən qüvvələr dayanır. Bu istiqamətdə atılan addımlar da qeyd edilən məqsədi, hədəfi daşıyır”, - deputat vurğulayıb.

C.Məmmədov əlavə edib ki, 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus təyyarənin vurulması arasında paralellərin aparılması kökündən yanlışdır: “Yəni, belə bir paralel aparıla bilməz. Bu məsələyə yanaşmada bu cür mövqenin sərgilənməsi yanlışdır. O vaxt helikopter vuruldu, Azərbaycan üzr istədi. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərin inkişafında, qorunmasında maraqlı olub, bu istiqamətdə səylərini davam etdirib. Amma bu gün Rusiya tərəfinin addımları narahatedicidir. Məsələ ilə bağlı cənab Prezident öz kəskin münasibətini və öz kəskin mövqeyini ortaya qoyub. Biz prinsipial mövqeyimizi və yanaşmamızı yenə qoruyuruq və bu istiqamətdə Rusiya tərəfindən addımları da qətiyyətlə pisləyirik. Burda hansısa paralelin aparılması qəbuledilməzdir. Rusiya bizdən üzr istəməlidir, kompensasiya ödəməlidir və günahkarları cəzalandırmalıdır. Burada başqa bir variant yoxdur. Rusiya öz səhvini düzəltməlidir. Amma səhvini düzəltmək əvəzinə bizə qarşı bu cür kampaniyaları davam etdirmək, şər-böhtanla məşğul olmaq, ruporlarını işə salaraq təzyiq etmək cəhdi göstərmək qəbuledilməzdir və bizim ikitərəfli münasibətlərimizə də ciddi şəkildə xələl gətirən məsələdir”.

Deputat vurğulayıb ki, bu gün həqiqətən də Azərbaycan cəmiyyəti də bu məsələdə Rusiyanın tutduğu mövqeyi anlamır və qəbul etmir, ictimai qınaq yüksək səviyyədədir, yaxşı olar ki, Rusiya tərəfi üzr istəsin, kompensasiya ödəsin və bu cür təxribatlara, qarayaxma kampaniyalarına son qoysun: “Onlar bu cür addımları davam etdirdikcə, bu təxribatları törətdikcə, münasibətlərimizi daha da kəskinləşdirəcəklər və münasibətlərə çox ciddi xələl gətirəcəklər. Yaxşı olar ki, onlar bu cür məsələlərdə daha diqqətli olsunlar və belə təxribatlara yol verməsinlər. Haqlı tərəf Azərbaycandır, haqlı olan bizik, bunu nəzərə almalıdırlar”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri