Icma.az
close
up
RU
525 ci qəzet Ürək deyir, yaşa hələ!.. Bayram Məmmədov yazır

525 ci qəzet Ürək deyir, yaşa hələ!.. Bayram Məmmədov yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Nə vaxtsa eşitdiyim bir kəlamı xatırlayıram: müəllim ömrü ömürlərdədir. Düşüncələrin işığı səviyyəsində gözəl deyilib. Zaman bu işığı heç vaxt azalda, sozalda bilməyəcək.. Həm də zaman da gözəl kəlamların xiridarıdır, eşidir, yadında saxlayır, məqamında xatırladır.

Müəllim bütün zamanlarda ustad hesab olunub; "Ustadın kimdir?" sorğusu "Müəllimin kimdir?" sorğusu kimi qəbul edilib. Dünyagörüşü geniş olanlar, həyat fəlsəfəsinin mahiyyətini ruhu ilə dərk edənlər, bu gündən sabahları görənlər - dünənləri unutmayanlar, ...ustadını - müəllimini həmişə ehtiramlarla xatırlayıb. Min illərdi belədir, min-min illərlə belə də olacaq. "Kitabi-Dədə Qorqud"da Günəş ömürlü bir deyim var: "Görər gözlərimin aydını oğul!" Müəllim şagirdinin görər gözlərinin aydınıdır - işığıdır, dodaqlarının kürləşməyən sözüdür, yurd kəlməsində ocaq kəlməsinin, köz kəlməsinin mahiyyət eyniliyini görmüşəm; müəllim şagirdinin yurdunun ocağıdır, ocağının közüdür...

Müəllimlər (həm də yaxşı müəllimlər!) xatırlananda bu fikirlər həmişə düşüncələrimin ahənrübasına dönür...

Bir müəllim tanıyıram. 1950-ci ildə Zəngilanda anadan olub. Ruhu təbiətin səxavətindən barınıb. Ruhun incəliyi də, rəvanlığı da başlanğıcını təbiətdən götürür. Bu anlamda ruh həm də təbiət vasitəsilə formalaşır. Sonralar müəllim olacaq Qətibə Yəhya qızı səkkizinci sinifə kimi Zəngilan şəhər orta məktəbində oxuyub, ailəsi 1965-ci ildə Sumqayıta köçüb, təhsilini Sumqayıt şəhər 8 nömrəli orta məktəbində davam etdirib. Burada orta təhsil alıb. Uzaqlığı yaxın bilib, Zəngilanın ruh sərhədlərindən iraq düşməyib.

Müəllimlərini sevib - müəllimliyi sevib. Bu sevgi bir niyyətin başlanğıcı olub - müəllim olmağı qərara alıb. 1969-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) "Məktəbəqədər psixologiya və pedaqogika" fakültəsinə qəbul olunub. Qiyabi təhsil alıb. Öyrənib. Öyrənə-öyrənə körpələrin (və uşaqların) dum-duru dünyasının vurğunu olub. Sabahlara bu dünyanın işığından baxanların sırasında o da olub...

1970-ci fevralın 18-dən 1977-ci il fevralın 3-dək Sumqayıt şəhərindəki 28, 14, 43 və 38 nömrəli uşaq bağçalarında tərbiyəçi-müəllim və metodist-müəllim olub. Yaxşı iş, qabiliyyət, bacarıq işıq misallıdır - hər yandan görünür, yuxarıdan daha aydınlığıyla seçilir. Görünür, seçilir və bu işıq sabahların işığına yönəldilir. Qətibə Əsədova 1977-ci il fevralın 3-də 44 nömrəli uşaq bağçasının müdiri təyin olunub. Sonra pedaqoji fəaliyyətini 1979-cu il martın 5-dən 2006-cı il sentyabrın  6-dək 48 nömrəli uşaq bağçasının müdiri kimi davam etdirib. Bu təyinatlar müəllimə etimad idi və bu etimad daha böyük sevgilər yaradacaqdı. Binadan belədir: Ürək yanmasa, gözdən yaş çıxmaz (yozumu: öz işini özün bəyənib işlə, ürəkdən işlə, ürəyinin hökmü ilə işlə. Qətibə müəllim belə işləməyə başladı)...

Körpələrin ufacıq, incə, zərif, bənzərsiz dünyasına bələd idi. Bu gözəl dünyanın ruhunu da sevirdi, bu ruhu pərvazlandırmağın da cəfakeşiydi. "Körpə dünyası sabahlara aparan körpüdür. Ömrünün işığı bu körpüyə düşməyən bağça müəllimi metodist, bağça müdiri yaxşı işçi ola bilməz..." - Qətibə Əsədova belə deyirdi. İdarəetmənin incəliklərini bu düşüncələrlə, geniş dünyaduyumunun, mütaliə ilə əldə edilən qabiliyyətin (xarakterləri öyrənmə metodlarının çalarlarının), fərdi yanaşmanın gərəkliyinin vəhdəti ilə səbrlə, öyrənə-öyrənə öyrədə-öyrədə işlədi. İşini Sumqayıt şəhər xalq maarif idarəsi də bəyənirdi, valideynlər də. Və Qətibə Əsədova 1983-cü il dekabrın 26-da Azərbaycan SSR "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olundu.

Qətibə Əsədova 48 nömrəli uşaq bağçasının körpələrini qabaqcıl maarif işçisi kimi, azərbay-cançılığı həyat fəlsəfəsi bilən ana kimi, müəllim kimi məktəbə uğurlayırdı. "Uşaqların hər birini əzizləyə-əzizləyə, nazını çəkə-çəkə məktəbə, deməli, həyata hazırlamağı təkcə vəzifə borcu deyil, həm də vətəndaşlıq borcu bilirəm. Bu dərklə də işləyəcəm...", - Qətibə müəllim belə deyir. Onu tanıyanlar bu kəlmələri bir ömürə şükranlıq bilir...

Ömür ancaq yaşanılan illər deyil. Həm də Vətən üçün, dövlət üçün, xalqın sabahları olacaq uşaq-lar üçün yaşanılan illərdir. Onda Qətibə müəllim də digər könlü rəvanlar kimi deyib ki, "Bu ömürü yaşamağa dəyərmiş..."

"Sonuncu gün bağça yaşı başa çatmış uşaqlardan biri buraxılış tədbiri başa çatanda özünü üstümə saldı. Onu bağrıma basdım. O da mənə sığındı. O da kövrəlmişdi, mən də kövrəlmişdim. Mən ona baxırdım. O da mənə baxırdı. Niyə belə elədiyini başa düşə bilmirdim. Yaxşı uşaq, duyumlu uşaq bağçanı həm də yaşıdlarının əhatəsində olduğuna görə, sevgi gördüyünə görə sevir. Üzümə baxdı. Diqqətlə baxdı. Sonra bir qədər çəkinə-çəkinə, "Mən sizi görməyə həmişə gələcəm...", - dedi. Onda göz yaşlarımı saxlaya bilmədim...", - Qətibə müəllim körpələri sevib. Bu sevgini ömürünə Tanrı töhfəsi bilib...

Şağan qəsəbəsindəki Uşaq Əlillər Evində gərgin vəziyyət yaranmışdı. İstər idarəetmədə, istər nizam-intizamda, istərsə də uşaqlara dövlətin tələb etdiyi səviyyədə qayğıda. 2006-cı il sentyabrın 7-də 3 nömrəli İnternat Evi adlanan bu müəssisəyə Qətibə Əsədova direktor təyin olundu. Az müddətdə xüsusi qayğıya və diqqətə ehtiyacı olan əlil uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı işlər həyata keçirildi. Bu, əlil uşaqların cəmiyyətin fəal üzvləri sırasına çıxarılması üçün etibarlı zəmin idi...

5-18 yaşlı 180-ə yaxın əlil (əqli inkişafdan geri qalmış) uşaq. Hamısının qayğıya, diqqətə, köməyə ehtiyacı...

İnternatda uşaqların bir qismi xəstəliyinə görə özünü idarə edə bilmirdi. Qətibə Əsədova işə başladığı ilk günlərdən bütün işçilərə səbrlə, təmkinlə bildirdi ki, bura təkcə rəhbər kimi gəlməyib, uşaqları sevən vətəndaş kimi gəlib, ana kimi gəlib. Bu səmimiyyət hər birinin fəaliyyətində tərpəniş yaradıb. Bu tərpəniş işdə dönüş olacaqdı...

Xəstə uşaqlarla aparılan profilaktik psixoloji-tibbi tədbirlər də gücləndirilib. Qidalanmada, istirahətin təşkilində, yuxu rejiminin tənzimlənməsində həyata keçirilən tədbirlər əhəmiyyətli olub...

Məktəbdə hamı ona "Qətibə ana" deyirdi; Qətibə Əsədovaya Qətibə müəllim demirdilər. Böyük ürək yiyəsi olan bir insan hamısına ana ola bilmişdi...

2010-cu ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəbdə əsaslı təmir-tikinti və yenidənqurma işləri aparıldı. Əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşaması, onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün zəruri şərait yaradıldı. Qətibə müəllim bunun təkcə məktəbə qayğı olmadığını deyib, deyib ki, bu qayğı bilavasitə cəmiyyətə qayğıdır...

Qətibə Əsədovanın bacarığı, bu sahədə təcrübəsi, uşaqlara sevgisi yeni bir təyinat üçün etibarlı zəmanət olub. Onu 2011-ci il dekabrın 8-də Saray qəsəbəsindəki internat evinin direktoru təyin ediblər. İş yeri dəyişmişdi, iş üslubunun, işə sevginin mahiyyəti dəyişməmişdi. Qətibə müəllim burada da uşaqların dünyasının işığına işıq elədi sevgisini. Valideynlər bura narahat gəlib arxayınlıqla qayıdırdılar. Gəlirdilər, görürdülər. Uşaqların sevgilərlə əhatələndiyini, doğma münasibətlər-lə səhəri axşam, axşamı səhər elədiyini görəndə kövrələnlər də olurdu, minnətdarlığını göz yaşları içində bildirənlər də. Onda Qətibə müəllim üzünü yana çevirərdi ki, gözlərini görən olmasın...

Bacarıqlı pedaqoji işçi, pedaqoq 2014-cü il yanvarın 8-dən 2020-ci il fevralın 26-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Təminat Xidmətinin  Müharibə və əmək əlilləri üçün pansionatında (Bakının Bilgəh qəsəbəsində) direktor işləyib...

2010-cu il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb, 2015-ci il martın 3-də "Tərəqqi" medalı ilə təltif olunub.

Dövlətə, dövlətçiliyə sədaqət əsl vətəndaşlıq qayəsidir. Həyat fəlsəfəsi bu sədaqətə söykənən Qətibə Əsədova işə sevgisiylə, tələbkarlığıyla, ciddiliyiylə, ...tanınıb.

Qətibə Əsədova dünya anlayışını ailə anlayışının sinonimi bilib. "Dünyanı Günəş yaşadır, ailənin Günəşi balalardır..." - bu gözəl kəlam təkcə ana sevgisini ifadə etmir, həm də cəmiyyətə sayğıdır, vətəndaş qayğısıdır və bu qayğının qayəsi Vətəni sevməkdir, Vətənə sevgidir.

Qətibə xanımın dünyasını vaxtsız dəyişən həyat yoldaşı Zakir Əsədov Sumqayıtda kimya sənayesi təmayüllü müəssisədə rəhbər vəzifədə işləmişdi, Əməkdar inşaatçı idi. Bu ailənin möhtəşəm səmimiyyətinə həsəd aparanlar da çox idi. Üç övlad böyütdülər. Təranə Azərbaycan Respublikasnın Əməkdar həkimidir, Pərvin yüksək rütbəli zabit kimi xidmətini ləyaqətlə davam etdirir, Pərvanə Sumqayıt Reabilitasiya Mərkəzinin baş həkimidir.

Fevralın 26-da anadan olub Qətibə Yəhya qızı. 1992-ci ildən üzü bu yana, 32 il ad gününü qeyd eləməyib. Səbəbini əzizləri də bilib, iş yoldaşları da, dostları-tanışları da. Heç kim ona ad gününün olduğunu xatırlatmayıb. Ağrı-acılar heç zaman unudulmayacaq. İllah da fevralın 26-da. 32 il həmin gün hamının gözündən yayınıb. Xocalıda öldürülənlərin, ölümdən can qurtarmaq istəyəndə yolda donanların, itkin düşənlərin taleyinə ağlayıb, Xocalıya vurulan yaralara yanıb-yaxılıb.

"Fevralın 26-sı mənə 1992-ci ildən sonra ad günümü unutdurdu. Ötən il yığışdı uşaqlar. Xocalı işğaldan azad olunmuşdu axı. Onda da Zakir yoxuydu. Üç övladın atası, yeddi nəvənin babası, beş nəticənin ulu babası Zakirsiz dünyada Zakirin xatirələri çatdı imdadıma...", - kəlmələr kövrək, dünənlərə həsrət, sabahlara ümidli...

Yeddi nəvəsinin, beş nəticəsinin təbəssümünü ömrünün səmumu adlandıran, gülüşlərini bir vaxtlar Zəngilanda Arazın, Oxçu çayının narahat dalğalarının sahilə can atmasının eyni bilən bir insan üçün bir xatırlatmamız var: Ürək deyir yaşa hələ. Hələ sənin öyüdlərin, nəsihətlərin nəticələrinin də ömrünün sığalına dönməlidir, Qətibə müəllim...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see181

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see164

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see163

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see154

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see143

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see138

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri