Icma.az
close
up
RU
525 ci qəzet Rusiyada turizm sektoru problemlə üz üzə

525 ci qəzet Rusiyada turizm sektoru problemlə üz üzə

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaqani CƏFƏRLİ

Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Çeçenistan səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasının doğurduğu təsir davam etməkdədir. Çinin ən böyük hava yolları şirkəti olan "China Southern" yanvarın 20-dən martın 30-dək Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları dayandırmaq qərarına gəlib. Hesablamalara görə, "China Southern"in bu qərarı 15-17 min sərnişinə təsir göstərə bilər. Lakin gələcəkdə onların sayının artacağı gözlənilir. Çünki Rusiyaya uçuşların ləğvi prosesi yenicə başlayıb. Uçuşların ləğv edilməsinin səbəbləri açıqlanmır. Bununla belə, AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasının və bunun ardınca Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) aviaşirkətlərə Rusiyaya uçuşların dayandırılması ilə bağlı tövsiyəsinin mühüm rol oynadığı aydın görünür.

EASA öz tövsiyələrini Ukraynada davam edən müharibə və Rusiya havada mülki və hərbi hakimiyyət orqanları arasında zəif koordinasiya ilə izah etmişdi. Son zamanlar hava nəqliyyatı şirkətlərinin Rusiyaya üçuşları dayandırması Rusiyanın turizm sənayesinə zərbə vurmağa başlayıb. Rusiya Səyahət Sənayesi İttifaqının (RUTI) məlumatına görə, Dubay vasitəsilə Banqkoka, Maldiv adalarına uçmağı planlaşdıran Rusiya vətəndaşları "Flydubai" şirkətinin uçuşları dayandırmasından sonra problemlə üzləşiblər. "Flydubai" şirkətinin Rusiyaya uçuşları dayandırması on minlərlə insana təsir edir. Onların önəmli bir hissəsi otel və digər xərclər üçün ödədikləri pullarını da geri ala bilmirlər.

Yaranmış bu vəziyyətin yaxın vaxtlarda normalaşacağına heç bir ümid yoxdur. Əksinə, vəziyyət getdikcə pisləşir.

Yanvarın 13-dən 14-ə keçən gecə Ukrayna Rusiya ərazilərinə kütləvi raket və dron zərbəsi endirib. Məlumata görə, bütövlükdə Rusiyanın 12 vilayəti raket və dron hücumuna məruz qalıb. Bu hücumla bağlı Kazan, Kaluqa, Saratov, Tambov, Ulyanovsk və Penza hava limanları bağlanıb. Ukraynanın Rusiya ərazilərinə dron hücumlarının bundan sonra da artacağını ehtimal etmək olar. Böyük Britaniyanın liderlik etdiyi "dron koalisiyası"nın Ukraynaya 30 min pilotsuz uçuş aparatı verdiyi haqqında rəsmi məlumatlar var. Bu isə o deməkdir ki, Ukraynanın Rusiya ərazisinə dron hücumu kəskin artacaq. Yanvarın 13-dən 14-ə keçən gecə baş verən hücum bunun xəbərçisidir. Rusiya isə dronlara qarşı hava hücumundan müdafiə sistemini artırmağa çalışacaq. Nəticədə Rusiyanın hava məkanı daha təhlükəli olacaq ki, bu da ilk növbədə ölkənin turizm sektorunu tamamilə iflic edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri