Icma.az
close
up
RU
Fransa yeni problemlə üz üzə

Fransa yeni problemlə üz üzə

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Əmək bazarında ixtisarlar sosial partlayış yarada bilər

Emmanuel Makronun iki prezidentliyi dönəmində həyata keçirlən səriştəsiz və avantürist siyasət Fransanı tarixi ənənələrindən uzaqlaşdırmaqla sözün əsl mənasında uğursuzluq zolağına salıb, antidemokratik imic qazandırıb. Ötən il hazırkı iqtidar komandasını təmsil edən mərkəzçi adlandırılan blokun Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə acınacaqlı məğlubiyyətə uğraması ilə Yelisey Sarayı ciddi siyasi böhranla üz-üzə qalmışdı. Eyni zamanda, uzun müddət ərzində stabil hökumətin formalaşdırılması mümkün olmamışdı.

Hazırda ökədə böhran meyilləri davam edir. Bu gün Fransa əsarətdə saxladığı keçmiş müstəmləkə ölkələrindən biabırçı şəkildə qovulur. Avropa İttifaqı (Aİ) məkanında rəsmi Parisə inam hər ötən gün azalır. Makron ölkəsinin qlobal güc iddialarını ortaya qoymağa çalışsa da, buna nail ola bilmir. Son vaxtlarda rəsmi Parisin bir sıra regional və qlobal proseslərdən uzaqlaşdırlması ölkənin kədərli reallığı kimi qəbul olunur. Bütün bunlara istinad edən bir sıra siyasətçilər isə Makronu böyük güclərin “nökəri” kimi səciyyələndirməkdən çəkinmirlər və onun siyasətdən getməsinə çağırışlar edirlər. Makronun başının digər bir bəlası isə ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşması və dözülməz hala gəlməsidir.

Vəsaitlərə qənaət naminə iş yerlərinin kütləvi ixtisarı

İki-üç milyard avroya qənaət etmək üçün yüz minlərlə iş yeri ləğv olunmalıdır - Fransanın dövlət hesablama naziri Ameli dö Monşalən bu haqda açıqlama verib və ölkədəki dövlət sektorunda fəaliyyət göstərən qurumların üçdəbirinin birləşdiriləcəyini və ya ləğv ediləcəyini bildirib. Fransalı nazir dövlət sektorunda ixtisar olunacaq və ya ləğv ediləcək işlər, qurumlar haqqında mayın ortasında məlumat verəcək. Nazirin açıqlamasından sonra Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) dövlət qulluğu üzrə həmkarlar ittifaqı dövlət qulluğu sahəsində 180 min insanın gələcəyi üçün narahat olduğunu vurğulayıb. Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqının prezidenti də bu açıqlamadan sonra narahat olduğunu söyləyib və bu qərarın məsləhətləşmədən qəbul edilməsinə təəssüflənib.

Göründüyü kimi, Fransa yeni sosial partlayış ərəfəsindədir. Fransa İctimai Rəyi Araşdırma İnstitutunun  keçirdiyi sorğuya əsasən, əhalinin dörddə biri gündəlik xərclərini qarşılamaqda davamlı çətinlik çəkir. Agentliyin yazdığına görə, insanlar tez-tez gigiyenik vasitələrlə qida məhsulları arasında seçim etməyə məcbur qalırlar. Qeyd olunur ki, vətəndaşların demək olar ki, yarısı (47 faiz) şəxsi gigiyena vasitələrinə qənaət edir. Onların 22 faizi isə tualet kağızından istifadəni azaldıb. Bundan əlavə, fransız qadınların 33 faizi kosmetikadan daha az istifadə etməyə başlayıb. Əlavə olaraq, uşaq bezləri kimi əsas ehtiyac mallarına qənaət edənlər əsasən azgəlirli gənc ailələrdir. Şübhəsiz ki, əmək bazarında gözlənilən kütləvi ixtisarlar ölkədə əhalinin sosial vəziyyətinin daha da ağırlaşması ilə sonuclanacaq. 

Sosial modelin başı üstündən asılan “Damokl qılıncı”

Fransada sosial vəziyyətin ağırlaşması və iş yerlərinin kütləvi ixtisarlarının planlaşdırılması ilk növbədə getdikcə dərinləşən iqtisadi böhranla şərtlənir. Ölkənin dövlət borcunun davamlı olaraq artması əsas təhdidlərdən biridir. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, ölkənin  xarici borcu 3,3 trilyon avronu keçərək ÜDM-in 113,7 faizinə çatıb. Ötən ilin ikinci yarısında Fransanın xarici borcu daha 72 milyard avro artıb. Proqnozlara görə, 2027-ci ilə qədər  bu göstərici 3,6 trilyon avroya çata bilər.

Hesablama Palatasının rəsmisi isə qeyd edib ki, Fransa dövləti hər il 60 milyard avro borc ödəyir: “2027-ci ildə isə bu rəqəmin 80 milyard avroya qədər yüksəlməsi ehtimalı tam realdır. Bu, dövlətin təhsil, ədliyyə, təhlükəsizlik sahələrini, həmçinin “yaşıl iqtisadiyyat”a keçid kimi digər istiqamətləri maliyyələşdirmək imkanlarını azaldacaq. Əslində, yeni hökumətin əsas vəzifəsi dövlət borcunu azaltmaq olmalıdır. Bu, təkcə sağçıların, yaxud solçuların deyil, hər kəsin üzərinə düşən ümumi vəzifədir”, - deyə Hesablama Palatasından verilən məlumatda bildirilib.

Baş nazir Fransua Bayru da xarici borc öhdəliyinin artmasından narahatlığını ifadə edib. Onun sözlrinə görə, Fransanın bütün tarixi ərzində  heç vaxt belə böyük xarici dövlət borcu olmayıb. Fikirlərinə davam edən Baş nazir vurğulayıb: “Ölkəmizin həddən artıq borcu var və bundan hər bir Fransa vətəndaşının xəbəri olmalıdır. İndi bizim vəzifəmiz bu borcu azaltmaqdır. Xarici borc E.Makronun dövründə daha  12 faiz  artıb”. Baş nazir bunu  parlamentin aşağı palatasında çıxışı zamanı bildirib. O, ölkənin xarici borcunu sosial modelin başı üstündən asılan “Damokl qılıncı” adlandırıb.

Kütləvi etirazlara çağırış

“ArcelorMittal” rəhbərliyi tərəfindən açıqlanan sosial plana cavab olaraq, Fransanın Ümumi Əmək Konfederasiyası Dünkerkdə genişmiqyaslı nümayiş keçirilməsi üçün çağırış edib. Məlumat üçün bildirək ki, “ArcelorMittal” polad istehsalçısının ixtisar planına görə Fransanın şimal və şərqində 600 iş yeri ləğv edilir.

CGT-nin baş katibi Kristel Venyi bildirib ki, “ArcelorMittal” Dünkerkin iqtisadi nəfəsidir. O, obyektlərin acınacaqlı vəziyyətdə olduğunu bildirərək, etirazçıları sahil qəsəbəsinə toplaşmağa çağırıb. CGT-nin nümayəndəsi qeyd edib ki, onlar zavodun yenidən dövlətin nəzarəti altına alınmasını və milliləşdirilməsini tələb edirlər. Həmkarlar İttifaqı işçiləri mayın 1-də ən yüksək səviyyəyə qədər təzyiq göstərmək üçün genişmiqyaslı etiraz nümayişinə çağırıb.

Həmçinin həmkarlar ittifaqlarının digər nümayəndələri zavodun acınacaqlı vəziyyətdə olduğunu, investisiya çatışmazlığı və illərlə texniki xidmət göstərilmədiyini vurğulayıblar. Onlar son bir ildə zavodun mindən çox işçisinin ixtisara düşdüyünü qeyd ediblər.

Həmkarlar İttifaqı zavodun bağlanmasının Fransanın şimalındakı bütün sənayeni çökdürəcəyini və fəlakətli sosial-iqtisadi və siyasi nəticələr yaradacağını vurğulayıb.

Xatırladaq ki, aprelin 23-də “ArcelorMittal” tərəfindən təqdim edilən plan bu zavodun Hindistana köçürülməsini, eləcə də istehsala təsir edən 600-ə yaxın iş yerinin ləğvini nəzərdə tutur.

“1 May tarixi gün olacaq”, - deyə “ArcelorMittal”ın həmkarlar ittifaqının baş katibi Qaetan Lekok bütün mütərəqqi qüvvələri hərəkata qoşulmağa çağırıb.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri