525 ci qəzet SOCAR Somalidə axtarış kəşfiyyat və treydinq istiqamətlərini araşdırır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində mümkün əməkdaşlığı araşdırır.
525.az şirkətə istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə aparılan görüşündə aparılıb.
Görüşdə cari il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















