525 ci qəzet Sudan lideri 2023 cü ildə tərk etdiyi Xartuma qayıdıb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Sudan ordusunun komandanı general Əbdül Fəttah əl-Burhan üsyançıların Çevik Reaksiya Qüvvələri (ÇRQ) ilə döyüşlər səbəbindən 2023-cü ilin avqustunda tərk etmək məcburiyyətində qaldığı Xartumdakı qərargahına qayıdıb.
525.az xəbər verir ki, bu barədə RFI radiostansiyası orduya istinadən məlumat yayıb.
General əl-Burhan qərargaha qayıdanda deyib ki, qüvvələrimiz daha yaxşı vəziyyətdədir.
Onun sözlərinə görə, ÇRQ yox olmağa məhkumdur. Qərargahın geri alınması, Nil çayının qərb sahilində yerləşən Omdurmanın ələ keçirilməsindən sonra ordunun paytaxtda qazandığı ən böyük qələbədir.
Sudan ordusu Bəhrinin (Şimali Xartum) böyük hissəsinə, şimal və mərkəzi Omdurmaya nəzarət edir. Xartumun cənubunda zirehli korpus bazası var. Münaqişə başlayanda ordu Xartum və Omdurmanı itirmişdi. Əl-Burhan daha sonra mühasirəyə alındı və oradan helikopterlə de-fakto yeni paytaxta çevrilən Port-Sudana qaçdı.
Ordu, həmçinin ÇRQ-ni paytaxtın şimalında yerləşən Ceylidəki ölkənin ən böyük neft emalı zavodundan qovub. İki həftə əvvəl ordu Xartumun cənubunda yerləşən Vad Mədəni qəsəbəsinə nəzarəti bərpa edib.
Qeyd edək ki, Əbdül Fəttah əl-Burhan Sudan Keçid Suverenlik Şurasının sədri (2021-ci ildən), Sudan Ordusunun Baş Qərargah rəisi (2018-ci ilin fevralında), ordu generalı, Silahlı Qüvvələrin Ali Baş Komandanıdır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 27 Yanvar 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















