Icma.az
close
up
RU
525 ci qəzet Suriyada səfriliyimizin açılması önəmli hadisədir Deputat

525 ci qəzet Suriyada səfriliyimizin açılması önəmli hadisədir Deputat

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində müsəlman dünyasının lider ölkələrindən birinə çevrilib. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman ölkələri ilə fəal əməkdaşlıq qurulub, fəal iş aparılır. Bu mənada Suriyada səfirliyimizin fəaliyyətinin bərpa edilməsi də olduqca önəmli bir məsələdir.

Bunu 525.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat xatırladıb ki, daha əvvəl Dəməşqdə Azərbaycan səfirliyi fəaliyyət göstərirdi, müharibə dövründə diplomatik qurum bağlandı. İndi isə yenidən səfirliyin fəaliyyətinə ehtiyac var və bu həm də Azərbaycanın müsəlman birliyinə, İslam həmrəyliyinə töhfəsi kimi qiymətləndirilməlidir.

“Bu gün Azərbaycan müsəlman dünyasının fəal üzvü kimi müsəlman dünyasını əhatə edən problemlərlə bağlı öz mövqeyini bildirir və bu da ölkəmizin İslam dəyərlərinə sadiqliyini göstərir. Suriya böyük dövlətdir, böyük potensiala malikdir. Qürurverici haldır ki, Türkiyədən sonra Azərbaycan ilk olaraq Suriya ilə münasibətərini bərpa etdi, ora nümayəndə göndərən, yardım göstərən ilk ölkələrdən biri oldu. Səfriliyimizin açılması önəmli, tarixi bir hadisə kimi qiymətləndirilməli, Azərbaycanın bu sahədə proseslərə töhfəsi kimi baxılmalıdır. Biz bu istiqamətdə davamlı addımlar atırıq. Bu isə əlaqələrimizin inkişafına öz müsbət və ciddi töhfəsini verir. Yəni, Azərbaycanın müsəlman dünyasında nüfuzu, mövqeyi daha da güclənəcək, daha da artacaq, ölkəmiz daha da inkişaf edəcək”.

Dünən Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib. Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri