HƏMAS Suriyada tərəfini açıqladı: Xalid Məşəldən önəmli açıqlama
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Suriyadakı son hadisələrlə bağlı mövqeyini rəsmən açıqlayıb.
Publika.az xəbər verir ki, HƏMAS-ın xarici işlər naziri Xalid Məşəl Suriyada Baas rejiminin devrilməsindən sonra “Əl Ərəbiyyə” telekanalına açıqlama verib.
Məşəlin açıqlamalarında diqqətçəkən məqamlar yer alıb:
"Suriyanın azad edilməsi Qəzzanın, Qüdsün və bütün Fələstinin azad edilməsinin müjdəsidir. Biz Suriya xalqını zülm və ədalətsizliyə qarşı inqilabında əldə etdikləri uğurlara görə təbrik edirik.
Suriya xalqı öz məqsədlərinə çatmaq üçün inanılmaz əzm nümayiş etdirdi. Biz İsrailin Suriyaya hücumunu pisləyirik. Millətimizi və dünyanı İsrail zülmünə qarşı Suriyanın yanında olmağa çağırırıq”.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 11 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















