525 ci qəzet Təyyarə sərnişinlərin davasına görə məcburi eniş etdi
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Hadisə Türkiyədə baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaradan Astanaya uçan "Pegasus" aviaşirkətinə məxsus təyyarə göyərtəsində baş verən insidentə görə Ərzurum hava limanına məcburi eniş etməli olub.
Təyyarə havaya qalxdıqdan az sonra ukraynalı cütlüklə qazaxıstanlı iki qadın arasında nəyə görəsə narazılıq yaranıb. Narazılıq az sonra əlbəyaxa davaya çevrilib. Onları sakitləşdirməyin mümkün olmadığını görən bələdçilər pilota məlumat verdikdən sonra "sürücülər" təyyarəni Ərzurum hava limanına endirməyə məcbur olublar.
Polis idarəsində davada iştirak edən 4 nəfərin izahatı alındıqdan sonra xəstəxanaya - həkim müayinəsinə göndəriliblər.
Qeyd edək ki, tərəflər bir-birilərini məhkəməyə verməyə hazırlaşır.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 Fevral 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















