Təyyarə məcburi ENİŞ ETDİ
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xabarovsk diyarında “Xabarovsk – Oxotsk” reysini yerinə yetirən təyyarə texniki nasazlıq səbəbindən məcburi eniş edib.
News24.az xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin Telegram kanalında verilib.
Hadisə nəticəsində zərərçəkən olmayıb.
İlkin məlumata əsasən, təyyarə Nikolayevsk-na-Amure hava limanına məcburi eniş edib.
“Bildirilib ki, hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının hərəkət və istismarı təhlükəsizliyi qaydalarının pozulması) üzrə araşdırma aparılır.”
Hazırda istintaqçılar hadisənin bütün təfərrüatlarını və səbəblərini müəyyənləşdirirlər. Araşdırmanın nəticəsinə əsasən prosessual qərar veriləcək.
Məryəm İlhamqızı


