Icma.az
close
up
RU
525 ci qəzet Ukrayna siyasi gücə çevrilir

525 ci qəzet Ukrayna siyasi gücə çevrilir

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Xaqani CƏFƏRLİ

Üç il öncə Ukraynanın dövlətçiliyini məhv etmək üçün Rusiyanın başlatdığı geniş miqyaslı müharibə tamamilə əks nəticələr doğurmaqdadır. Rusiyanın dağıdıcı müharibəsinə baxmayaraq, Ukrayna dövlətçiliyini itirmədiyi kimi, siyasi gücə çevrilməkdədir. BMT Baş Assambleyası Ukrayna və Qərb ölkələrinin hazırladığı, müharibənin üçüncü ildönümünə həsr olunmuş qətnaməni qəbul etməsi bunun növbəti təsdiqidir. "Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün təşviq edilməsi" adlı qətnamənin qəbuluna Rusiya ilə bərabər, ABŞ da qarşı çıxsa da, sənəd səs çoxluğu ilə qəbul edilib. Ümumilikdə qətnamənin qəbulunun lehinə 93 ölkə səs verib, 65-i bitərəf qalıb, ABŞ, Rusiya və Macarıstan da daxil olmaqla 18 dövlət əleyhinə səs verib. Bundan əvvəl Vaşinqton Rusiyanın hərəkətlərini pisləyən qətnaməni geri götürməyə çağırsa da, Kiyevi mövqeyindən döndərə bilməmişdi. ABŞ-ın BMT Baş Assambleyasındakı fəaliyyətləri də nəticəsiz qaldı.

Ukraynanın maraqlarına cavab verən qətnamənin qəbuluna Serbiya və Slovakiya kimi ölkələrin dəstəkləməsi də Rusiya üçün sürpriz olub. Serbiya bir qayda olaraq Rusiyanın müttəfiqi hesab olunub. İndi bu dövlətin Rusiyanın maraqlarına qarşı olan qətnaməni dəstəkləməsi Moskvada təəccüblə qarşılanıb.

Siyasi təhlilçilər isə ABŞ-ın müqavimətinə baxmayaraq, Ukraynanın Avropa ölkələri ilə birgə hazırladığı qətnamənin qəbuluna diqqət çəkərək, Kiyevin Vaşinqtonun istəklərinə qarşı gedə biləcək gücə çevrildiyini qeyd edirlər. Bu zaman isə Kiyevin belə davranışının ilk hadisə olmadığını da qeyd edirlər. Ukrayna rəsmiləri Vaşinqtonun qiymətli torpaq metalları ilə bağlı Kiyevin maraqlarına cavab verməyən müqaviləni imzalamaqdan qəti imtina etməsi ilə də diqqət çəkmişdi. Digər tərəfdən ABŞ prezidenti Donald Trampın Ukrayna prezidentinə qarşı sələndirdiyi aşağılayacı ifadələrə beynəlxalq ictimaiyyətin reaksiyası da dünyanın son üç ildə nə qədər dəyişdiyini göstərir. Siyasi təhlilçilər Rusiyanın geniş miqyaslı müdaxiləsindən əvvəl zəif postspovet ölkəsi olan Ukraynanın artıq siyasi gücə çevrildiyini inkar edilməz gerçəklik olduğunu qeyd edirlər. Bütün bunlar Rusiyanın üç il öncə başlatdığı cinayətkar müharibənin əks nəticələrə səbəb olduğunu təsdiqləyir. Buna görə Rusiyanın əksər rəy liderləri bu müharibədə ölkələrinin məğlub olduğunu, Putinin "Xüsusi Hərbi Əməliyyat" adı verdiyi geniş miqyaslı hərbi müdaxilənin hədəflərinə çatmadığını və bundan sonra da çata bilməyəcəyini qeyd edirlər. 

Trampın bütün siyasi təzyiqlərinə baxmayaraq, Ukraynanın geri addım atmaması Rusiyanın ictimai-siyasi dairələrində ruh düşkünlüyü yaradıb. Müharibənin üçüncü il dönümü ilə bağlı yazılan əksər şərhlərdə Ukraynanın beynəlxalq aləmdə Rusiyadan daha qətiyyətlə davrandığı qeyd edilir. Hətta bir sıra hərbi müxbirlər və şərhçilər Rusiyanın parçalanma ehtimalın artdığını da qeyd etməkdən çəkinmirlər. Hərbi müxbirlər və siyasi təhlilçilər qeyd edirlər ki, "Xüsusi Hərbi Əməliyyat"ın üç ili göstərdi ki, "Yeni Rusiya" istər Rusiya İmperiyasının, istərsə də Sovet İttifaqının solğun kölgəsindən başqa bir şey deyil. Buna görə də, "Yeni Rusiya"nın gələcəyinin son dərəcə ümidsiz olduğu da qeyd olunur. Bu fikirləri tirajlamaqdan çəkinməyən rusiyalı hərbi müxbirlər və siyasi təhlilçilər Ukraynanın Moskvanın təsir dairəsindən həmişəlik çıxdığını da qeyd edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri