Icma.az
close
up
RU
Ukrayna Avropanın “qara kassasına” çevrilir...

Ukrayna Avropanın “qara kassasına” çevrilir...

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mətləb Salahov: “Bu qədim slavyan ölkəsi silah ticarəti və çirkli pulların “yuyulması” üçün istifadə olunur”

“Hazırda Ukrayna ətrafında baş verənlər çox məyusedicidir. Ötən il hakimiyyətə gələn kimi Ukraynada sülh yaradacağını elan edən Donald Tramp və onun komandası da hazırda bu məsələdən çox uzaqdırlar. Əlbəttdə, Ağ Ev rəhbərinin ticarət maraqları və şəxsi hegemoniyası üçün yaradılan İran müharibəsi Ukraynanı ikinci plana salıb. Amma iş orasındadır ki, D.Tramp Administrasiyası İranda ikinci “Əfqanıstan batağlığına” düşüb və indi bu vəziyyətdən az itki və nüfuzunu zədələmədən çıxmağa çalışır, o da alınmır. Açıq görünür ki, Vladimir Putin Ukrayna “batağlığına” düşdüyü kimi, sərvət düşkünü kimi tanınan milyarder D.Tramp da hazırda İran “batağlığında” çapalayır. Bu vəziyyət isə Ukrayna ərazisinin sülh əvəzinə silah ticarəti və çirkli pulların “yuyulması” üçün istifadə imkanlarını genişləndirir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Ukrayna münaqişəsi başlanan gündən irili-xırdalı ölkələrin guya Ukraynaya “yardım” adı ilə milyardlarla dollar ayırmaları barədə bəyanatları xarabalığa qalmış bu slavyan ölkəsinin üzərindən silah ticarəti və çirkli pulların “yuyulması” üçün istifadə olunacağına dair açıq mesaj idi.
“Çünki yerlə yeksan edilmiş Ukraynaya milyardlarla dollar vəsaitin ayrılması olduqca şübhəli və məntiqsiz görünürdü. Rəsmi şəkildə bəyan edilən, amma həqiqətdə isə bir qara qəpiyinin belə Ukraynaya daxil olmadığı bu vəsaitlər müharibə mənasında onlarla ölkənin hərbu büdcəsinə belə yetərli idi. Balaca Ukrayna üçün trilyon dollarlar fantastik rəqəmdir. Əlbəttdə, aydın idi ki, bu pullar Ukrayna adı ilə və silah ticarəti üçün “yuyulan” çirkli pullar idi. D.Trampın ikinci dəfə hakimiyyətə gələn kimi Avropa liderlərini küncə sıxması və “yuyulan” pullarla bağlı qalmaqal salması qətiyyən ədalətli araşdırma üçün deyildi. Co Bayden kimi yeni ABŞ rəhbəri də bu “qara kassadan” daha çox faydalanmağa girişmişdi. C.Baydenin oğlu kimi D.Trampın oğlu da silah ticarəti ilə məşğuldur. Elə Avropa liderləri də.
Baxın, niyə Avropa İttifaqı rəhbərləri Ukraynada sülhə nail olmaq əvəzinə guya Ukraynanın “gücləndirilməsi” üçün hər ay milyard dollarlar ayırdıqlarını elan edirlər? Hardadır o “ayrılan” milyardlar ki, Ukraynada bir dənə də olsun salamat infrastruktur yaradılmayıb? Məqsəd bəllidir. Ukraynada daha çox müharibə və daha çox çirkli pul “yumaq” imkanı. Bu işdə V.Putinin qazancı nədir? – artıq o başqa məsələdir...”
Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri