525 ci qəzet “Ukraynadakı sülhdə Avropanın maraqları nəzərə alınmalıdır” Makron
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynadakı sülhdə Avropanın maraqları nəzərə alınmalıdır.
525.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Makron bu barədə Avropa İttifaqına üzv dövlətlərin ikinci fövqəladə sammitinin yekunlarına dair açıqlamasında bildirib.
Fransa prezidentinin sözlərinə görə, Avropa Ağ Evin rəhbəri Donald Trampın son məqsədini bölüşür, lakin Avropa İttifaqının riayət etməli olduğu bir sıra prinsiplər var. Buna Ukraynanın birliyi, davamlı sülh, etibarlı təminatlar və avropalıların maraqlarına hörmət daxildir.
“Fransanın və onun tərəfdaşlarının mövqeyi aydın və vahiddir. Biz Ukraynada möhkəm və uzunmüddətli sülh arzulayırıq. Biz Ukraynanı dəstəkləyirik və Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik. Bu, Fransanın əsas marağıdır və mən onun qarantıyam”, - deyə E.Makron bildirib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 Fevral 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















