Icma.az
close
up
RU
525 ci qəzet Avropanın silahlanma qərarı

525 ci qəzet Avropanın silahlanma qərarı

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaqani CƏFƏRLİ

Avropa liderlərinin fevralın 17-də Parisdə keçirilən görüşündə Avropa İttifaqının maliyyə qaydalarına müdafiə xərclərinin artırılmasına imkan verən dəyişiklik edilməsi təsdiqlənib. Bu barədə Polşanın Baş naziri Donald Tusk bəyan edib. Donald Tusk deyib ki, əgər avropalılar indi müdafiəyə daha çox xərcləməyə başlamasa, böyük müharibənin qarşısını ala bilməyəcək və 10 dəfə çox xərcləməli olacaqlar. Polşa Avropa ölkələri arasında Ümum Daxili Məhsulunda hərbi xərcləri ən çox təşkil edən ölkədir. Polşa artıq ÜDM-in az qala 5 faizini hərbi məqsədlərə xərcləyir. Buna görə də Polşa digər Avropa ölkələrini hərbi xərclərini artırmağı təşviq edir.

Danimarkanın Baş naziri Mette Frederiksen Parisdə Avropa liderlərinin fövqəladə görüşündən sonra bəyan edib ki, Rusiya Avropanın təhlükəsizliyi üçün real təhlükədir: "Biz yenidən silahlanmalıyıq". Danimarka kəşfiyyatının ehtimalına görə, Ukraynada müharibə bitərsə, Rusiya təxminən beş ildən sonra Avropada genişmiqyaslı müharibəyə hazır ola bilər.

Frederiksenin açıqlaması da təsdiq edir ki, müdafiə sahəsinə əlavə sərmayə qoyulması Avropa liderlərinin görüşünün əsas mövzusu olub. Danimarka hökuməti 2025-26-cı illərdə ölkənin müdafiə xərclərini ÜDM-in 3 faizinə qədər artıracaq milyardlarla dollarlıq sərmayə qoyuluşunu müzakirə edir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı müdafiə xərclərini büdcə qaydalarına dəyişiklik etməklə artıra bilər. Hal-hazırda İttifaq ölkələrinin büdcə kəsirləri 3 faizdən artıq ola bilməz. Ancaq koronavirus pandemiyası zamanı Avropa Komissiyası üzv ölkələrə bu qaydalardan kənara çıxan istisna etməyə imkan vermişdi. Brüsseldə hesab edirlər ki, indi Avropanın təhlükəsizliyi daha ciddi çağırışla üzləşib və buna görə hərbi xərclər artırılmalıdır.

Rusiya Krımı işğal etdikdən sonra Avropa İttifaqına üzv ölkələr hərbi xərclərini iki dəfə artırsalar da, hazırda ümumi daxili məhsulun təxminən 2 faizini bu məqsədlə xərcləyirlər. Lakin indi bu rəqəmin 3-3,5 faizə qədər artırılması müzakirə olunmağa başlayıb. ABŞ prezidenti Donald Tramp isə NATO-ya üzv ölkələrin hərbi xərclərini 5 faizə qaldırılmasını istəyir. S&P reytinq agentliyinin hesablamalarına görə, Avropa İttifaqı hərbi xərclərini 2,67 faizə qədər artırarsa, hər il əlavə olaraq 242 milyard dollar, 5 faizə qədər artırsa, əlavə 875 milyard dollar xərcləməli olacaq. Bu, çox böyük məbləğdir. Lakin proseslərin məhz bu istiqamətdə getdiyi aydın görünür. Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamaqla və Avropanı təhdid etməklə sürətlə silahlanmaya start verib. Belə sürətli silahlanmaya ABŞ, Çin və Avropa İttifaqı hazır olsa da, Rusiya bu prosesdən ən çox zərər çəkən dövlət olacaq. Bu, artıq tarixdə bir dəfə baş verib. Rusiyadan dəfələrlə güclü olan Sovet İttifaqı sürətlə silanlanma yarışının sonunda dağıldı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri