Icma.az
close
up
RU
525 ci qəzet Xanəndə Aqil Süleymanov ABŞ də nüfuzlu mükafata layiq görülüb

525 ci qəzet Xanəndə Aqil Süleymanov ABŞ də nüfuzlu mükafata layiq görülüb

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bir müddətdir ABŞ-də yaşayan və fəaliyyət göstərən azərbaycanlı xanəndə Aqil Süleymanov 2025-ci ildə Amerikanın müxtəlif ştatlarında 10-a yaxın musiqi proqramına qatılacaq. Bu barədə sənətçi özü məlumat verib. Bu yaxınlarda sənətçi Onlayn Beynəlxalq Vivaldi Musiqi müsabiqəsində 2 mükafat qazanıb. Belə ki, Aqil Süleymanov vokal sahəsi üzrə "Peşəkar" və "Milli musiqi" kateqoriyalarında 1-ci mükafata layiq görülüb. Qeyd edək ki, xanəndə sözügedən müsabiqəyə ötən il müraciət edib. Yeri gəlmişkən, dahi bəstəkarın xatirəsini yad etmək üçün təsis edilən Vivaldi Beynəlxalq Musiqi Müsabiqəsi onun musiqi irsini və bədii sədaqətini qorumaq məqsədi daşıyır. Qaliblər həmçinin Vivaldi onlayn sosial media platformasında yer almaq imkanı əldə edirlər. Bu, Aqilin mükafat qazandığı sayca 2-ci nüfuzlu beynəlxalq musiqi müsabiqəsidir.

Qeyd edək ki, daha öncə Aqil ABŞ-də təşkil olunan "LIT MUSIC AWARDS" Beynəlxalq Musiqi Festivalında 2 medal qazanıb. Nüfuzlu müsabiqədə "Ninne yarım" mahnısını təqdim edən xanəndəmiz "Ən yaxşı kişi ifaçısı" kateqoriyası üzrə qızıl medala, "Ən yaxşı xalq musiqisi" kateqoriyasında isə gümüş medala layiq görülüb. Belə ki, ilk uğurlarından stimul alan xanəndə onlayn musiqi yarışlarında iştirakını davam etdirməyi düşünür. Onu da qeyd edim ki, azərbaycanlı xanəndə ötən il Zəfər Günü bayramında Nyu-Yorkun böyük musiqi səhnələrindən biri "Linkoln Mərkəzi"ndə Əməkdar artist, professor Nərgiz Əliyarova ilə bir səhnəni bölüşüb. Sənətçi 2025-ci ilin fevral ayından Nyu-Yorkdakı "Hunter Kollec"də master-klass dərslərinə başlamağı planlaşdırır. O, həmçinin professor Corc Mürerlə bərabər, ABŞ-də "Leyli və Məcnun" operasını səhnələşdirmək niyyətindədir.

(Foto: AZƏRTAC, Aqil Süleymanov Nyu-Yorkdakı Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qala-konsertində çıxış edir)

Məlumat üçün qeyd edək ki, Aqil Məhəmməd oğlu Süleymanov 1992-ci ildə Cəbrayıl rayonunun Qalacıq kəndində anadan olub. 1993-cü ildə Ermənistanın Azərbaycana təcazüvü nəticəsində ailəsi müvəqqəti olaraq Saatlı rayonunda məskunlaşmağa məcbur olub. 5 ildən sonra isə Bakı şəhərinə köçüblər. Aqil ilk musiqi təhsilini 2001-2004-cü illərdə paytaxtda "28 May" Mədəniyyət Evində alıb. 2005-ci ildən isə təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xanəndə, muğam ustası Firuz Səxavətin sinifində davam etdirib. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsinə qəbul olunub. Burada Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova və Nəzakət Teymurovadan dərs alıb. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə qəbul olunub. Burada da Xalq artisti Mələkxanım Əyyubovadan dərs alaraq muğamın sirlərinə yiyələnib. Magistr təhsili ilə yanaşı, Aqil eyni zamanda müəllimlik fəaliyyətinə də həvəs göstərib. O, 2016-cı ildə Müəllimlərin işə qəbulu üzrə müsabiqəsində uğurlu nəticə göstərərək Ağdam Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinə müəllim vəzifəsinə qəbul olunub. Burada təxminən 1 il yarım pedaqoji fəaliyyətlə məşğul olub.

(Aqil Süleymanov dostları və sənət yoldaşları, tar ifaçısı Rüstəm Müslümov və kamança ifaçısı Elvin Novruzovla tədbirdə)

Aqilin oxumaq həvəsi onu hər zaman yeni yaradıcılıq uğurlarına sövq edirdi. Bu barədə onun özü belə xatırlayır: "2013-cü ildə, Azərbaycan Milli Konservatoriyasının 3-cü kursunda təhsil alırdım, Qlen Dolfi adlı amerikalı musiqi meneceri fransız rejissorla birlikdə Azərbaycana gəlmişdilər. Həmin il Konservatoriyamızda onlar tərəfindən bir neçə videomaterial çəkildi. Hətta Xalq artistləri Alim Qasımov, Natiq Şirinov, Ramiz Quliyev, həmçinin mən də daxil olmaqla bir neçə gənc ifaçıların ifalarını lentə aldılar. Cənab Dolfi dedi ki, videoları Texasda keçirilən populyar musiqi festivalına (South by Southwest) göndərəcək və nəticə yaxşı olsa, məni Amerikaya dəvət edəcək. Belə də oldu... Bir neçə aydan sonra xəbər gəldi ki, sizin ifanızı çox bəyəniblər. Və beləcə Amerikaya gəldik".

(Aqil Süleymanov və amerikalı musiqi meneceri Qlen Dolfi)

(Aqil Süleymanov Xalq artisti Alim Qasımovla bərabər ABŞ-də konsertdə)
 

Aqil Süleymanovla söhbətimizi burada sonlandırırıq. Həmyerlimizin yeni yaradıcılıq uğurları ilə bağlı növbəti müsahibələrimizdə məlumat vermək ümidi ilə...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri