Lionel Messi nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 3 iyun, AZƏRTAC
Argentina millisinin kapitanı və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi İspaniyanın ən nüfuzlu beynəlxalq mükafatlarından biri olan 2026-cı il üzrə Asturiya Şahzadəsi İdman Mükafatına layiq görülüb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, qərar münsiflər heyətinin Oviedoda keçirilən iclasında qəbul olunub.
Mükafatın Messiyə verilməsinə səbəb onun uğurlu idman karyerası ilə yanaşı, aztəminatlı uşaqlara kömək məqsədilə həyata keçirdiyi xeyriyyə fəaliyyəti olub.
Münsiflər heyəti 38 yaşlı hücumçunun meydandakı uğurları, kollektiv oyuna sadiqliyi, təvazökarlığı və nümunəvi davranışı ilə seçildiyini vurğulayıb.
Qeyd edək ki, karyerası ərzində 47 titul qazanan Lionel Messi futbol tarixinin ən çox kubok əldə edən oyunçusu hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 İyun 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















