Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525 ci qəzet Xocalı faciəsinin təsviri sənətdə ifadəsi

525 ci qəzet Xocalı faciəsinin təsviri sənətdə ifadəsi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ildə Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində yüzlərlə insan öldürüldü, yüzlərlə insan şikəst oldu, mindən çox Xocalının dinc sakinləri - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətinə məruz qaldılar. Azərbaycan xalqı, uşaqdan böyüyə qədər hər kəs, bu hadisələrin dəhşətini yaşadılar. Əlbəttə ki, yaradıcı insanlar bu dəhşətli hadisələrə öz münasibətlərini bildirməyə bilməzdilər. İncəsənət öz spesikasına görə dövrün bir növ bədii güzgüsü hesab olunur. Müxtəlif dövrlərdə, fərqli cəmiyyətlərdə baş verən hadisələr həmin ölkənin təsviri sənətində öz bədii ifadəsini tapır. Biz bunu dünya incəsənətinin müxtəlif tarixi dönəmində izləmişik, Azərbaycan incəsənətində isə tarixi hadisələrə ilk sənətkar-vətəndaş münasibəti Bəhruz Kəngərlinin yaradıcılığı ilə başlamışdı və sonrakı dönəmlərdə də bu ənənə digər rəssamlarımız tərəfindən uğurla davam etdirilmişdi. Həm rəngkarlıq, həm qrafika, həm də heykəltaraşlıq sahəsində çalışan sənətkarlarımız Xocalı faciəsini öz prizmalarında keçirərək hadisələrə obyektiv qiymət verməyə çalışmışdılar. Bu baxımdan, həmin əsərlərin tarixi əhəmiyyəti çox böyükdür.

Xocalı faciəsinə dərhal münasibət göstərmiş sənətkarlarımızdan biri Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov olub. Faciə baş verdikdən sonra məşhur tişə ustası bir il ərzində digər yaradıcı işlərini qırağa qoyaraq, həmin dəhşətli hadisələrə həsr olunmuş 25 heykəltaraşlıq kompozisiyası yaratmışdı. Bədii cəhətdən çox dəyərli olan bu əsərlərdə Xocalı faciəsinin çox maraqlı plastik həllini görmək mümkündür.

Xocalı mövzusu tanınmış rəssam Vaqif Ucatayın yaradıcılığında da xüsusi yer tutur. Rəssamın bu dəhşətli hadisələrə həsr etdiyi ən təsirli əsərlərindən biri "Xocalı" plakatıdır. Əsərin kompozisiya mərkəzini təşkil edən sinəsinə xəncər sancılmış körpənin obrazı nifrət və qəzəb hissi doğurur. Rəssamın Qarabağ müharibəsinə həsr etdiyi "Bax! Gör! Unutma!" adlı qrafik silsiləsində də Xocalı faciəsini canlandıran əsərlərə xüsusi yer ayrılıb. Bu əsərlərə başlamazdan öncə rəssam yurdundan-yuvasında didərgin düşmüş insanlarla dəfələrlə görüşmüş, onların başına gələn müsibətləri dinləmiş və nəticədə, çox təsirli və inandırıcı əsərlər yaratmağa nail olmuşdu.

Xocalı soyqırımı hadisələrinə yaradıcılığında mühüm yer ayıran sənətkarlarımızdan biri də Azərbaycanın Xalq rəssamı, professor, Natiq Əliyevdir. Məşhur heykəltaraşın Mexiko (2012), Sarayevo (2012) və Ankara şəhərlərində (2014) Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaltdığı monumental abidələr maraqlı kompozisiya həlli və mövzunun dramatik ifadəsi ilə seçilirlər. Hər bir əsərdə faciə qadın obrazı ilə ifadə olunub. Bu obrazlar emosional baxımdan fərqli olsalar da, onların hər birinində biz hadisənin dəhşətini, düşmənin qəddarlığını, insanların acısını hiss edirik.

Xocalı və ümumilikdə Qarabağ mövzusu rəssam Asif Azərellinin də yaradıcılığında mühüm yer tutur. Rəssamın bu mövzuda yaratdığı ən təsirli işlərdən biri "Belə də haqsızlıq olar?" əsəridir. Üfüqi qurulmuş kompozisiyanın yuxarı küncündə qırmızı səmanın önündə düşmən tankları, öldürülmüş və yaralı Xocalı sakinləri təsvir olunub. Kompozisiyanın mərkəzi və ön hissəsində isə erməni əsgərinin ayaqları altında məhv olmuş maddi mədəniyyət nümunələrimiz - vaxtilə Xocalıda tapılmış saxsı qab parçaları, pərdəsi cırılmış tar, yarıya bölünmüş kamança, sındırılmış qaval, yerə atılmış Füzulinin kitabı, foto-şəkillər təsvir olunub. Bu vəhşi münasibət, əlbəttə ki, qəzəb və nifrət hissi oyatmaya bilməz.

Yaradıcılığının on ilindən çoxunu Xocalı soyqırımı mövzusuna həsr etmiş dəyərli sənətkarlarımızdan biri də Nazim Məmmədovdur. Rəssam baş verən hadisələrdən çox sarsılmış və Xocalı faciəsi baş verən gündən həyatının son günlərinə qədər 40-dan çox rəngkarlıq və qrafika əsərləri yaratmışdı. 2002-ci ildə rəssamın soyqırım hadisələrinə həsr etdiyi əsərlərindən ibarət "Xocalı harayı" adlı sərgisi keçirildi. Daha çox rejissor, rəssam-animator, abstrakt rəngkarlığın nümayəndəsi kimi tanınan Nazim Məmmədovu tamaşaçılar tamamilə fərqli rakursdan tanıdılar. Dəhşətli hadisələrin bütün mərhələlərini həyəcanlı, ekspressiv səpkidə ifadə edən rəssam, bir növ bu faciənin bədii salnaməsini yaradıb. Üslub, rəng, kompozisiya baxımından çox fərqli olan bu əsərlərə rəssam ittihamedici məna-məzmun yükləyir. Silsiləyə daxil olan "Ailə əsirlikdə", "Onu asıblar", "Körpənin ölümü" kimi təsirli əsərlər tamaşaçıda qəzəb, nifrət hissi doğurur, qisasa səsləyir.

Xocalı faciəsini dolğun formada özündə ifadə edən, bir çox mənalarda bu dəhşətli hadisələrin rəmzinə çevrilən abidələrdən biri də "Ana harayı" abidəsidir (Memarı - Camal Rəşid Əlizadə, heykəltaraşları - Aslan, Mahmud və Teymur Rüstəmovlardı). Əsərdə məcbur yurdunu-yuvasını tərk etmiş və cansız körpəsini sinəsinə sıxmış ana obrazı canlandırılmışdır. Müəlliflər hündür postamentin üzərində ucaltdıqları ananın obrazında həmin hadisənin ağrı-acısını ifadə etməyə nail olmuşdular. Postamentdə yerləşdirilmiş barelyeflərdə soyqırım zamanı öldürülmüş qadınların, uşaqların, qocaların obrazları yer alıb. Barelyeflərdən aşağıda isə soyqırım haqqında rəqəmli faktlar və öldürülmüş insanların siyahısı həkk olunub. Müəlliflər postamentdə işlədikləri barelyefləri və yazıları Ana obrazı ilə birləşdirərək çox təsirli əsər yaratmağa nail olmuşdular. 

Xalq rəssamı Arif Hüseynov Xocalı faciəsinə münasibətini "Qarabağnamə - tarixin səhifələri" silsilə əsərində bildirmişdi. Silsiləyə daxil olan əsərlər tarixi faktlara əsaslanır və dəhşətli hadisələrin təsirli və emosional vizual ifadəsi ilə seçilirlər. Bu qrafik əsərdə rəssam soyqırım haqqında yazılı məlumat verməklə bərabər, şəhidlərin və dəhşətli hadisənin acısını yaşayan insanların hisslərini ağ-qara cizgilərlə mükəmməl şəkildə ifadə edib.

Xocalı faciəsini özündə dolğun şəkildə əks etdirən monumental əsərlərdən biri də Günay Mehdizadənin yaratdığı "Bir baxışla Xocalı faciəsini yaşa" adlı əsəridir. Bu əsər rəssamın yaradıcılığında tarixi mövzuda yaradılan ən mühüm əsərdir. Yaratdığı çoxfiqurlu kompozisiyada Günay Mehdizadə faciənin çox geniş təsvirini verib, xocalılıların yaşadığı dəhşəti, onların hisslərini inandırıcı formada vurğulamağa nail olub. Müəllif çalışmışıb ki, tamaşaçı bir baxışla Azərbaycan xalqının başına gələn faciəni hiss edə bilsin. Doğrudan da, rəssam, çox təsirli, emosional əsər yaratmaqla qarşısına qoyduğu məqsədə uğurla nail olmuşdur. Eyni zamanda, Günay Mehdizadə hadisənin dramatizmi ilə bərabər, bu torpaqların bir gün tarixi sahiblərinə qayıdacağı ümidini də kiçik detallarla ifadə etmişdi. Arxa planda, dağın zirvəsində ucalan Azərbaycan bayrağı buna bir işarə idi.

Xocalı soyqırımı elə bir mövzudur ki, bu mövzuya müraciət hər bir sənətkarın vətəndaş borcudur. Haqlarında bəhs etdiyim rəssamlardan başqa bu mövzuya müraciət edən sənətkarlar arasında Sirus Mirzəzadənin, Fərman Qulamovun, Mayis Əliyevin, Arif Həsənovun, Zakir Əhmədovun, Cəlil Qaryağdının, Aydın Rəcəbovun və digərlərinin adını çəkmək olar.

Bu sənətkarlardan başqa, ölkəmizdən kənarda yaşayan sənətkar-soydaşlarımızın yaradıcılığında da Xocalı faciəsi öz əksini tapıb. Bu mənada Türkiyədə yaşayan yaradıcı soydaşlarımızın fəaliyyəti təqdirəlayiqdir. Heykəltaraş Səid Rüstəmin "Xocalı" kompozisiyasında, Əli Verdiyevin "Xocalı soyqırımı", Ədalət Qaranın "Xocalı faciəsi" və digər sənətkarlarımızın yaradıcılığında erməni vandalizmi və yaşananların dəhşəti öz bədii-emosional ifadəsini tapıb. Uzun illərdi Türkiyədə yaşayan rəssam Məhəmməd Əliyevin yaradıcılığında da Xocalı mövzusu xüsusi yer tutur. "Xocalı vəhşiliyi", "Şəhid əsgər", "Xocalıda qadın qırğını" əsərlərində rəssam tarixi faktların yüksək bədii ifadələyinə nail olub. Bu əsərlər arasında "Şəhid əsgər" əsərini xüsusi qeyd eləmək istəyirəm. Kompozisiya quruluşuna görə A.Matis və P.Pikassonu xatırladan əsərin mərkəzi hissəsini şəhid olmuş əsgərin cəsədi tutur. Rəssam əlləri, ayaqları bağlı əsgərin üzərinə kəskin işıq salaraq onun obrazını gecənin qaranlığından çıxarır, bununla da hadisənin ağırlığını, gərginliyini daha aydın şəkildə vurğulamağa nail olur. Tünd, kontrastlı kolorit, lampa tək ətrafı işıqlandıran ayın təsviri, kompozisiyanın aşağı hissəsindəki qanlı gölməçə hadisənin ekpressiyasını bir qədər də gücləndirir və dərin emosional təsir bağışlayır.

Xaricdə yaşayan yaradıcı-soydaşlarımızdan Almaniyada məskunlaşan Əşrəf Heybətovun adını xüsusi vurğulamaq lazımdır. Rəssam Xocalı faciəsinə həsr etdiyi 20-dən çox əsərində dəhşətli hadisələrin həyəcanını, ekspressiyasını intensiv rəng kontrastlarının köməyi ilə mükəmməl şəkildə ifadə edib. Rəssamın "Xocalı faciəsi", "Son gecə", "Xocalı soyqırımı" və digər əsərlərinin nümayiş olunduğu Berlin, Vyana sərgiləri Azərbaycan həqiqətlərinin Dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmli rol oynayırlar.

Faşist ermənilərin Xocalıda törətdikləri qətliamı Azərbaycan xalqı heç zaman unutmayacaq. Torpaqlarımız azad olunsa da, tarixi ədalət bərpa olunsa da, biz bu dəhşətli hadisələri unutmamalıyıq, gələcək nəsillərə ötürməliyik və bu baxımdan, yaradıcı insanların fəaliyyəti, onların yaratdığı əsərlərin bədii-tarixi əhəmiyyəti çox böyükdür.

Rayihə MƏMMƏDLİ

Azərbaycan Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri