Icma.az
close
up
RU
525 ci qəzet Xocalı Bir rəsmin dedikləri

525 ci qəzet Xocalı Bir rəsmin dedikləri

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Qarayevadır. Onunla rəssam Emin Qəhrəmanovun "Xocalı" əsərindən danışmışıq.

Emin Qəhrəmanov 1976-cı ildə doğulub. Tiflis Rəssamlıq Akademiyasının məzunu olan rəssamın müxtəlif incəsənət cərəyanlarında qarışıq əsərləri var. Əsasən avanqard üslubda işləyən rəssam bir sıra sərgilərin iştirakçısıdır. Emin Qəhrəmanov pedaqoji fəaliyyətlə də məşğuldur. Onun xeyli sayda tələbələri var.

- Səbinə xanım, əsərin yaranma prosesi haqqında nələr məlumdur?

- Tabloda Xocalı faciəsi zamanı baş vermiş hadisələr əks olunub. Rəssam tablo haqqında danışarkən deyir: "Bu əsərin yaradılması zaman etibarilə qabaqcadan müəyyən edilib. Dinc şəhərin faciəsi 16 yaşımda həyatıma daxil olub. Yeniyetmə maksimalizmi ilə qəbul edilən sarsıntı sanki sonradan kənara çəkilib. Həmin günləri gözümün önünə gətirdiyim an hiss edirdim ki, yaşadığım emosiyalar ortaya çıxmağı gözləyir. Mən iki il tərz, forma, palitra tapmağa çalışdım. Eskizlər bir-birinin ardınca yaranırdı. Sənədlərlə tanış olandan sonra şəkillərin özündə hansı həqiqətləri saxladığını öyrənəndə dəhşətə gəldim. Pikassonun "Gernika" əsəri yadıma düşdü. İnsanlığın yer üzündə Yaradanın bizə bəxş etdiyi ən böyük dəyəri - həyatı qorumağı heç cür öyrənə bilməməsi fikrindən qəlbimə kədər dolurdu".

- Tablonun rəng həlli necədir?

- Əsərdə əsasən soyuq və tünd rənglərdən istifadə olunub. Burada qara, tünd mavi, boz rənglər üstünlük təşkil edir. Tünd qırmızı rəng əsərdə xüsusi əhəmiyyət kəsb edir. Tablo kətan üzərində yağlı boya ilə işlənib. Rənglər mövzu ilə vəhdətdədir.

- Rəsmin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Əsərin kompozisiya xətti faciə üzərində qurulub. Burada dinc əhalinin işgəncələrə məruz qalması, gənclərin, körpə uşaqların, qadınların, kişilərin faciəli şəkildə qətlə yetirilməsi əks olunub. Rəssam əsərlə bağlı danışarkən qeyd edir ki, bu rəsm yalnız fevral faciəsi barədə deyil. Rəsmdə hər iki Qarabağ müharibəsi qurbanlarının hüznü əks olunub. Tabloda bu vəhşiliyi törədənlərə qarşı hiddət və özünəməxsus sərt tənqid var.

- Tablo hazırda harada saxlanılır?

- Əsər hazırda rəssamın studiosundadır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- "Xocalı" tablosu təcavüzə yol verməməyə və dayanmağa, Yaradanın bəxş etdiyi insan həyatını niyə və nəyin naminə qurban verilməsini yenidən düşünməyə çağırışdır. Rəssam faciəni təsvir etməklə gənc nəsillərə tariximizi xatırladır, başımıza gələn tarixi faciəni heç bir zaman unutmamağa və bundan sonra da unutdurmamaq üçün əlimizdən gələni əsirgəməməyə çağırır.

Aytac SAHƏD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri