525ci qəzet 1 il əvvəl yoxa çıxmış təyyarə dənizin dibindən tapıldı
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniyada balıqçılar dənizin dibində təyyarə qalıqları aşkarlayıblar.
525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Benarkle II" balıqçı gəmisi Şimal dənizində, Lervik şəhərinin şimal-qərbində, Şotland adalarından 70 dəniz mili məsafədə ötən il yoxa çıxmış "Cessna 172" kiçik mühərrikli təyyarənin qalıqlarını tapıb.
Təyyarənin füzulyajı gəmi işçiləri tərəfindən sudan çıxarılaraq sahilə gətirilib. İlkin baxış zamanı orada insan qalıqlarının olduğu bilinib.
Qeyd edək ki, alman təyyarəsi ötən ilin sentyabrında məhz bu ərazidə radarlardan itmişdi. Təyyarənin göyərtəsində yalnız pilot olmuşdu. İnsan qalıqlarının 62 yaşlı həmin pilota məxsus olduğuna şübhə yoxdur.
L.Tağıyeva
Baxış sayı:113
Bu xəbər 10 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















