2100 il əvvəl batan gəmidə araşdırma Türkiyədə dənizin dibindən nələr tapıldı?
Icma.az bildirir, Lent az portalına istinadən.
Türkiyənin Akdeniz Universitetinin arxeoloqları Aralıq dənizinin dibində təxminən 2100 il əvvəl batmış Roma gəmisinin qalıqlarını araşdırarkən minlərlə qədim keramika məmulatı aşkar ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmi 42-55 metr dərinlikdə tapılıb. Təxminən 2100 il əvvəl batmış gəminin Romaya doğru hərəkət etdiyi ehtimal olunur. Onun əsas yükü müxtəlif məişət qablarından ibarət olub.
Batmış gəmidə genişmiqyaslı arxeoloji qazıntı işlərinə 2025-ci ildə başlanılıb.
Akdeniz Universitetinin məlumatına əsasən, tədqiqatçılar indiyədək 122 müxtəlif forma və ölçüdə minlərlə keramika məmulatı aşkar ediblər. Tapıntılar arasında boşqablar, kasalar və sinilər üstünlük təşkil edir.
Bundan başqa, gəmidə Aralıq dənizinin müxtəlif istehsal mərkəzlərində hazırlanmış amforalar da tapılıb.
Alimlər keramika qablarının minilliklər ərzində yaxşı vəziyyətdə qalmasının səbəbini də müəyyənləşdiriblər.
Məlum olub ki, qədim dövrdə qablar taxta yeşiklərə yerləşdirilməzdən əvvəl onların arasına gil qoyulub. Bu üsul daşınma zamanı keramika məmulatlarının bir-birinə toxunaraq sınmasının qarşısını almağa kömək edib. Nəticədə qabların böyük hissəsi dənizin dibində uzun müddət qorunub saxlanılıb.
Hazırda sualtı arxeoloji tədqiqatlar davam etdirilir. Mütəxəssislər batmış gəminin qalıqlarını və ətraf əraziləri sualtı robotların köməyi ilə araşdırırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















