525ci qəzet ABŞ ÇRQ liderini Sudanda soyqırımda ittiham edib
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ştatlar Sudanın üsyançı Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) lideri Məhəmməd Həmdan Daqloyu və onun nəzarətində olan qüvvələri Sudanda soyqırım, etnik təmizləmə və insanlığa qarşı kütləvi cinayətlər törətməkdə ittiham edərək, sanksiyalar tətbiq edib.
525.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Mövcud sübutlara əsaslanaraq, mən ÇRQ üzvlərinin və onlarla əlaqəli silahlı birləşmələrin Sudanda soyqırım törətdiyi qənaətinə gəldim. Bu gün biz Həmedti kimi tanınan ÇRQ-nin lideri Məhəmməd Həmdan Daqloya qarşı Sudan xalqına sistematik cinayətlərdə oynadığı rola görə sanksiyalar tətbiq edirik”, - Blinken söyləyib.
Dövlət Departamenti rəhbərinin sözlərinə görə, ÇRQ-nin nəzarətində olan bölmələr sistematik olaraq dinc əhaliyə hücum edib, kişi və oğlanları etnik zəmində öldürüb, qadın və qızları zorlayıb, qaçqınların humanitar yardıma çatmasına mane olub.
O, həmçinin ABŞ-a girişi qadağan edilən şəxslər siyahısına salınıb.
Blinkenə görə, bu qərar Sudanda münaqişəni alovlandıran bütün müharibə edən tərəfləri məsuliyyətə cəlb etmək üçün davam edən səylərin bir hissəsidir. Birləşmiş Ştatlar bu müharibənin heç bir tərəfini dəstəkləmir, hər iki döyüşən tərəf Sudandakı zorakılıq və iztirablara görə məsuliyyət daşıyır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 08 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















