525ci qəzet Sudanda 24 milyondan çox insan ərzaq çatışmazlığından əziyyət çəkir
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu barədə BMT-nin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 aydır ölkədə davam edən silahlı qarşıdurma 24,5 milyon vətəndaşı aclıqla üz-üzə qoyub.
Onlardan 600 mininin düşdüyü vəziyyət həddən artıq ağırdır.
Silahlı qarşıdurmalar əhalisi əziyyət çəkən bölgələrə humanitar yardım çatdırılmasına imkan vermir. Bundan başqa böyük ölçüdə kənd təsərrüfatı sahələri münaqişə bölgəsinə aid olduğundan kəndlilərin əkin-biçinlə məşğul olması da mümkün deyil.
Qeyd edək ki, hazırda Sudan vətəndaş müharibəsi vəziyyətindədir. 2023-cü ilin 15 aprelində başlayan konfliktdə əsas tərəflər hökümətə tabe olan Hərbi Qüvvələrlə müxalif durumda olan Çevik Qüvvələrdi.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 26 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















