Icma.az
close
up
RU
525ci qəzet ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib

525ci qəzet ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.

525.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, bu müzakirələr ADY-nin sədri Rövşən Rüstəmov və UIC sədri, Polşa Dəmir Yolları (PKP) Korporasiyasının İdarə Heyətinin prezidenti Alan Berud və Korporasiyanın Belçikadakı nümayəndəliyinin direktoru Tomaş Laxoviçlə keçirdiyi görüşdə aparılıb.

Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim böhranı ilə bağlı qlobal çağırışların əhəmiyyətinə və birgə fəaliyyətin səmərəliliyinə diqqət çəkilib.

Görüş zamanı tərəflər ADY ilə UIC və PKP arasında əməkdaşlığın əsas istiqamətləri, 1995-ci ildən UIC-nin üzvü olan ADY-nin təşkilatın fəaliyyətindəki rolu və beynəlxalq layihələrdəki iştirakı müzakirə olunub. Azərbaycanla Avropa İttifaqı arasında potensial dəmiryol əlaqəsinin təkmilləşdirilməsi, eləcə də tranzit vaxtının optimallaşdırılması barədə məqamlara toxunulub, beynəlxalq yük daşımalarındakı yeniliklər, rəqəmsallaşma və dayanıqlılıqla bağlı ən yaxşı təcrübələrdən söz açılıb.

R. Rüstəmov son illərdə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması istiqamətində aktiv fəaliyyət göstərdiyini, Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun bu ilin mayından tam gücü ilə işlədiyini və bununla da dəmiryol xəttinin buraxılış gücünün illik 5 milyon tonadək artdığını qeyd edib.

Rəqəmsal transformasiya və dayanıqlı ətraf mühit istiqamətində görüləcək işlərdə birgə fəaliyyətin zəruriliyinə diqqət çəkən R. Rüstəmov hər iki istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin bütün tərəflər üçün faydalı olacağını bildirib.

A. Berud dəmiryol sahəsində regional və qlobal əməkdaşlığın dayanıqlı gələcəyə töhfə verəcəyinə əmin olduğunu deyib.

ADY ilə Polşa Dəmir Yolları Korporasiyası arasında beynəlxalq yük daşımalarında restrukturizasiya imkanlarının olduğunu qeyd edən PKP-nin nümayəndəsi Tomaş Laxoviç ümumi multimodal yükdaşıma mərkəzi və vaqon parkının xidmət keyfiyyətini yaxşılaşdıracağına inandığını deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri