Icma.az
close
up
RU
525ci qəzet Ankarada Şah İsmayıl Xətai irsinə həsr olunmuş tədbir keçirilib

525ci qəzet Ankarada Şah İsmayıl Xətai irsinə həsr olunmuş tədbir keçirilib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Ankarada “Azaflı” Azərbaycan Sosial Dəstək və Mədəniyyət Cəmiyyətinin və Türk Dünyası Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Şah İsmayıl Xətai: ömür yolu və irs” mövzusunda tədbir keçirilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Ankara Türk Dünyası Mədəniyyət Mərkəzinin rəhbəri, hüquqşünas Arzuman Azaflı qeyd edib ki, Şah İsmayıl Xətai şəxsiyyəti uzun müddət Türkiyədə səhvən İran və farslarla əlaqələndirilib.

Onun sözlərinə görə, vahid Azərbaycan dövlətinin əsasları Səfəvilər dövlətinin banisinin adı ilə bağlıdır. “Şah İsmayıl Azərbaycan dilinin statusunu dövlət dili səviyyəsinə qaldırdı, ana dilində Xətai təxəllüsü ilə lirik və epik şeirlər yazıb”, - deyən Azaflı tarixi həqiqətləri təhrif etməkdən imtina etməyə çağırıb.

Ankara Universitetinin professoru Abdulla Gündoğdu da öz növbəsində Şah İsmayıl Xətaini bütün bölgənin tarixində dərin iz qoymuş şəxsiyyət adlandırıb. Onun sözlərinə görə, Səfəvi dövləti Osmanlı imperiyasına bitişik bölgələrdə məskunlaşan türk xalqlarının bəhrəsi oldu.

Sonra çıxış edən tədqiqatçı Dilqəm Əhməd Səfəvilər dövlətinin irsinin Azərbaycan ziyalılarının görkəmli nümayəndələri tərəfindən dərk edilməsindən danışıb. Buna nümunə olaraq D.Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin Səfəvilər dövlətinin özəyinin türklər olduğunu bildirən qiymətləndirmələrini diqqətə çatdırıb.

“Səfəvilər dövlətində rəsmi yazışmalar Azərbaycan dilində aparılırdı. Türk dili həm də hökmdarlar arasında ünsiyyət vasitəsi olub”, - deyə tədqiqatçı qeyd edib.

Tədbir Şah İsmayıl Xətainin sözlərinə yazılmış musiqili kompozisiyaların ifası ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see190

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see186

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see137

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see124

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri