Icma.az
close
up
RU
Şah İsmayıl Xətai kimdir?

Şah İsmayıl Xətai kimdir?

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarix bəzən susur. Ona görə yox ki, deyəcək sözü yoxdur. Sadəcə, qılıncla yox, qəlblə yaxınlaşacaq adamı gözləyir. Şah İsmayıl Xətai - məhz belə adamlardan biridir. Ona sadəcə tarixçinin cədvəli, akademik qeyd və ya "səlib müharibələri" paraqrafı ilə yanaşmaq olmaz. Çünki Xətai nə sadəcə XVI əsrin bir hökmdarıdır, nə də sıravi bir sərkərdə.

O, canlı rəvayətdir, olanların toplu cəmidir.

O, qanla yazılmış poeziyadır.

O, bayraqdır, ruhdur, təkcə dövrünün deyil - türkün özü qədər köhnə və eyni zamanda hələ də canlı bir simvoldur.

Onu dövrün qəlibinə salmaq mümkün deyil - çünki o, dövrləri aşan bir fenomendir. Qaliblərə uyğun deyil - çünki qələbədən daha böyük bir mənaya sahibdir. Döyüşləri ilə ölçülmür - çünki onun mübarizəsi qılıncla deyil, şeriyyatla, ruhla, siqlətlə, xalqın qəlbindəki yeriylə ölçülür. Qələbənin sükutunda, məğlubiyyətin ləyaqətində onun nəfəsi var.

Məhz buna görə də ondan qorxurlar. Onu tarixin dilsiz bir heykəlinə çevirmək istəyirlər - hərəkətsiz, şəxsiyyətsiz, itaətkar. Amma alınmır. Çünki Xətai danışır. Türkcə danışır. Qəlbdən danışır. Azadlığı çöldəki yovşan qoxulu yel qədər çox sevən bir adam idi o. Uduzmağı bilirdi, amma sınmadan. Qalib gəlməyi bilirdi, amma aşağılamadan. Əsil türk oğlu türkdü - yaşamağın da, ölməyin də şərəfini bilən bir adam.

Xətainin hekayəsi sadəcə siyasi tarix deyil. Bu - bir mənəvi dastandır. Bütöv türk dünyasının aynasıdır. Məsələ o deyil ki, o güzgüdə nə görəcəyik. Məsələ odur ki, görməyə cəsarət edəcəyikmi?

1514-cü ilin Çaldıran savaşı nə şiə-sünni toqquşması idi, nə də məzhəb müharibəsi, nə də Səfəvi-Osmanlı toqquşması. Bu - daha dərin, daha qədim bir faciə idi. Sanki bozqır öz içindəki küləyə dözməyib, eyni qanlı iki oğlunu üz-üzə qoymuşdu. Savaş deyil, ürək çatışması idi bu - sözün bitdiyi, ağrının səsdən güclü olduğu o məqam.

Sultan Səlim və Şah İsmayıl- hər ikisi bir mayadan yoğrulmuşdu. Hər ikisi çətinlikdə bərkimiş, ozan nəğmələrilə böyümüş, ulu dövlət xəyali ilə yola çıxmış kişilər idi. Biri Səlimdi - topla, barıtla gəlmişdi. Digəri İsmayıldı - imanla varmışdı hərb meydanına. Biri qorxurdu - çünki qarşısında xəyal vardı. Digəri xəyal olmadan yaşaya bilmirdi.

Orduları eyni dildə danışırdı. Eyni torpaqdan yoğrulmuşdular. Qəlblərində eyni bayatı vardı. Amma araya bir qorxu girdi - poeziyanın qorxusu. Çünki şair - taxtı tək güllə atmadan devirməyi bacaran sonuncu şəxsdir. Selim bunu bilirdi. O, savaşmağa yox, Xətainin Ərdəbildən Anadolunun dağlarına qədər toxuduğu mənəvi xalını dağıtmağa, parçalamağa gəlmişdi. Qan tökməyə yox - nuru boğmağa.

Qismən də nail oldu. Səfəvilər ordusu dağıldı. Amma Xətai özü məğlub olmadı. Çünki o, qisas almadı. Qardaş qanı üzərində ucalmadı. Sükuta çəkildi. Tənhalığa yox - poeziyaya. Sözə. Və o söz - hələ də yaşayır.

Bu gün Sultan Səlimin o gurlayan, nərə çəkən toplarının səsi eşidilmir. Tarix səssizcə onları udub. Amma Xətainin səsi hələ də var - Təbriz səmasını gərən qürubun işığında, Anadolunun ozan nəğmələrində, döyüş qabağı sükutda. Çünki əsl fateh - sözü odun içindən salamat çıxanlardır. Əgər tarix bir kitabdırsa, onda 1514-cü il səhifəsini qətlə yox, göz yaşına yazmaq gərəkdir. Qardaşın qardaşa əl qaldırmaq məcburiyyətində qaldığı anda yanağından süzülən o göz yaşına...

Beş əsr ötüb, amma Xətainin ruhuna zərbə vurmaq istəyənlər bu gün də var. Sultan Səlimqılıncla gəlmişdi, bunlar - saxta sözlərlə. "Fars" deyirlər ona, "bidətçi", "təhlükə", "şiəliyi yayan, üç türk dövlətini məhv edən, tariximizi yanlışa yönəldən" adlandırırlar. Halbuki bütün bunlar əsl riyakarlıqdır. Çünki onların öz kitablarında Əmir Teymur "qəhrəman"dır - İldırım Bayəzidlə döyüşsə də, osmanlı sultanını və onun əhli-küyalını toplam əsir alsa da. Bəs niyə Xətai qəhrəman deyil? Çünki uduzub? Yoxsa həqiqəti söylədiyi üçün? Yoxsa kökünə və mədəniyyətinə sadiq qaldığı üçün?

Əslində qorxuları budur: Xətai azad düşüncənin simvoludur. Onlar diri Xətaini istəmirlər. Onlara divardan asılacaq, danışmayan, susan bir şəkil lazımdır. Bu - sadəcə tarixi təhrif deyil. Bu - bütöv bir sivilizasiya koduna sui-qəsddir. Bu - türklərin ortaq yaddaşına hücumdur.

Bu gün Türkiyədə bəziləri gün keçdikcə neoosmançılıq ritorikasına daha çox aludə olurlar. Olduqca təhlükəli yoldur. Çünki bu yol bizi ənənəyə yox, illüziyalara aparır. Bu yol Türkiyəni Orta Asiyadakı qardaşlarına yox, ərəb səhralarına sürükləyir - orada bacı yox, vasitə kimi görünür.

Neoosmançılıq türklüyü Osmanlı təcrübəsi ilə əvəzləmək cəhdidir. Amma Osmanlı yalnız öz dövründə unikaldı. XXI əsrin suallarına cavabı isə Xətai verir. Çünki onun imperiyası türkün poetik ruhu, yaradıcılıq əzmi, tayfa birliyinin mehrabı olan XALQ, MİLLƏT üzərində qurulmuşdu. Bu imperiya, ərəb xilafətindən çox, bugünkü Türküstanın ruhuna daha yaxındır. Türkiyə əgər öz yerini unutmamaq istəyirsə - bunu qəlblə dərk etməlidir. Siyasətçilərin yox, kim olduqlarını unutmayanların  qəlbi ilə.

Artıq susmağa haqqımız yoxdur. Susmaq - sözə yox, mənaya xəyanətdir. Zaman yetişib. Konjonkturaya görə yox. Vəzifə borcuna görə də yox. Sadəcə ona görə ki, bəzi adlar var - unudulmağa deyil, yaşamağa yazılıb. O adlardan biri - Şah İsmayıl Xətaidir.

Biz Xətaini "keçmişin kölgəsi" kimi anmayacağıq. Biz deyəcəyik: O - qaynaqdır. Heç bir dinə, heç bir dövrə aid deyil. O, yalnız bir sənədə deyil - türkün daxilindəki xəritəyə aiddir.

Onun şeirləri yenidən səslənməlidir. Muzey vitrini kimi yox - nəbz kimi. Alqış üçün yox - yaddaş üçün. Portretləri məktəblərə nazirin göstərişilə yox, zərurət qismində paylanmalıdır. . Onun fəlsəfəsi tribunalara bəzək kimi yox, yol göstərici kimi çıxmalıdır. Çünki yol olmayanda, xalq da olmur.

Biz onu düşməndən qorumağa borclu deyilik. Çünki əsl düşmən bayraq yelləməz, hay-küylə gəlməz. Onu qorumağa ən çox ehtiyacımız olanlar - başımığı sığallayıb Xətaini ürəyimizdən silmək istəyənlərdir. "Qəhrəman"dır deyib ruhunu dondurmaq istəyənlərdir. Hörməti unutqanlıqla, yaddaşı arxivlə səhv salanlardır.

Şah İsmayıl bir tarix səhifəsi deyil. O, oddur. Və əgər biz odu ötürməsək, özümüz sönəcəyik. Nə qədər böyük fatehlər döyüş meydanını tacla tərk etsə də, tarixdən kölgə kimi yox olub gediblər. Xətai isə meydanı yaralı tərk etdi, amma əbədiyyətə səs kimi daxil oldu - vicdanın səsi kimi. O, türkü "bizimki" və "başqası" deyə bölmədi. O, hamını birliyə çağırdı. Onun qurduğu imperiya itaət üzərində yox, sevgi, fikir və cazibə üzərində bərqərar olmuşdu - türkün öz torpağında ağalıq etməyə, öz taleyini yazmağa haqqı olduğuna inam üzərində.

Bəli, onun dövləti rəsmi məzhəbinə görə şiə idi. Amma hakimiyyətin dili, ordunun dili, poeziyanın dili - türkcə idi. Bəs doğrudan da kiminsə Xətainin adını tarixdən silmək kimi bir cəhdə haqqı varsa - gəlsin cavab versin: XVI əsrdə bizə ilk dəfə dövlətçiliyi kim verdi? Təbrizi ilk dəfə nə zaman türkün paytaxtına çevirdi? Dörd tərəfi düşmənlə dolu bir məqamda, cəmi 14 yaşında şahları, mirzələri, əmir və mülkədarları diz çökdürən kim idi? Poeziya yaradan, hələ də milyonlarla insanın dilindən düşməyən kimdir?

Cavab təkdir: Şah İsmayıl. Və onu unutmaq - özümüzdən imtina etməkdir.

Bu gün özünü "osmançı" adlandıran bəzi dairələrdə belə bir fikir dolaşır: guya "Xətainin xidmətlərini tanımaq, milli şüura təhlükədir". Amma hansı milli şüurdan söhbət gedə bilər ki, o yalnız inkar üzərində qurulub? Hansı tarixdir ki, uduzan şairə yer vermir, amma unutdurmaq istədiyi sərkərdələrin adını min dəfə yazır?

Onlar Xətainin özündən qorxmurlar. Onlar onun ruhundan qorxurlar. Qorxurlar ki, bir gün Türkiyə öz doğma qardaşlarını yenidən xatırlayacaq. O qardaşları ki, xəlifəyə yox, xalqa and içirdi. Çörəyi bölüşən, taleyi paylaşan, dili bir olanları. Mərkəzi Asiya Xətaini unutmur. Qafqaz onun xatirəsini əziz tutur. Cənub İraq, Şərqi Anadolu, Azərbaycan və hətta Hindistanın qızılbaşları hələ də bilir - Xətai kim idi.

Yalnız doktrinaya əsir düşmüş bəziləri onu "bidətçi" adlandırmağa cürət edirlər. Əgər xalqını sevmək bidətdirsə - qoy tarix özü bidətçi olsun!

Bu gün türkdilli dünyada seçim anı yetişib. Ya yenə də sektantlara, psevdoalimlərə, ideoloji kirayəçilərə imkan verəcəyik ki, köklərimizi kəssinlər, talelərimizi yenidən yazsınlar - ya da biz birlikdə, çiyin-çiyinə durub deyəcəyik: "Yetər!"

Yetər - saxtakarlığa!
Yetər - qardaşlığımza pəl vurmaq istəklərinə!

Yetər - Azərbaycanla Türkiyəni, Anadolu türkü ilə Orta Asiya türklərini, Xətai ilə Səlimi qarşı-qarşıya qoymaq cəhdlərinə!

Zaman çatıb etiraf etməyə: əgər bu iki şəxs dini ideoloqlardan uzaqda, eyni vaxtda yaşasaydı - müttəfiq ola bilərdilər. Tarixdən öyrənmək lazımdır, onunla bölünmək yox.

Xətai - təhdid deyil. Xətai - imkanlar açarıdır.

Çünki millət fərmanla qurulmur. Xəyal ilə qurulur. Və bəzən yollar yoxa çıxanda - yalnız şair yol göstərə bilir. Qılınc divarı yıxa bilər. Amma yalnız söz - məna yaradır.

Şah İsmayıl Xətai - barışmazların birliyi idi. O, şah idi - amma insaniyyətini itirmədi. Döyüşçü idi - amma şeirindəki nəvazişi qorudu. Hakim idi - amma ruhu satmadı. O, hakimiyyətin sərhədindən daha böyük olmağa cəsarət etdi. Çünki o, taxt üçün yox, türkün qəlbində bir gün oyanmaq üçün yaşadı. Bir obraz kimi yox - bir səda kimi.

Bu gün qardaşlıq neft borusu ilə və ya reytinq qrafikləri ilə ölçülür. Amma biz sadə bir həqiqəti dərk etməliyik: biz təkcə torpağı yox, səmanı də qorumalıyıq.

Mənalarımızın səmasını. Bizi yaşadan obrazları. Çünki obraz yox olanda - ona inananlar da yox olur. Əgər biz Xətaini itirsək - bir səhifəni deyil, üfüqü itirərik. Və o zaman Bayburt yox olar, Sarı Arxa susar, Naxçıvan unudar, Urmiya səssiz qalar, Türküstanın özü də sönər. Hətta birgə ola biləcəyimiz xatirə də yoxa çıxar.

Ona görə də Xətai obrazını qorumaq - bir ideyanı qorumaqdır. Xəyalı qorumaq - isə sağ qalmaq deməkdir.

Bəlkə bir gün elə bir zaman gələcək ki, artıq yaddaşı qorumağa ehtiyac qalmayacaq. Çün yaddaş müqəddəs olacaq. Elə bir dövr yetişəcək ki, türkün övladı Xətainin misralarını etiraz üçün yox, mənsubiyyət duyğusuyla əzbərləyəcək. Onun adı mübahisələrdə deyil, nəğmələrdə səslənəcək. Bozqır yenidən öz oğlunun səsini eşidəcək - siyasətin gurultusunda yox, sevginin səssizliyində.

Amma o gün gələnə qədər - bu işıq bizim əlimizdədir. Çünki Xətai - keçmiş deyil. O, bütövlüyümüzə çevrilmək imkanımızdır. O - babalarımızın gələcək nəsillərin dodaqlarına hopmuş pıçıltısıdır. O, hər dəfə "biz kimik?" sualını verəndə dönə-dönə qayıtdığımız zirvədir.

Xətai qüsursuz deyildi - heç vaxt rahat da deyildi. O, tarix qədər diri, həqiqət qədər mürəkkəb idi. Onu nə bir etiketə salmaq, nə bir dərslikdən silmək, nə də hansısa doktrinayla əvəzləmək olar. O, bozqır küləyi kimidir - görünmür, amma hər şeyi hərəkətə gətirir. O, köhnə bir türk bayatısı kimidir - içində ağrı da var, sevgi də, əcdada layiq olmaq arzusu da.

Biz elə bir əsrdə yaşayırıq ki, yalan sənədli film şəklində gəlir, unutqanlıq rəsmi möhürlə təqdim olunur. Amma bir şey var ki, onu nə redaktə etmək, nə saxtalaşdırmaq mümkündür - bu da duyğudur. Bu da qan yaddaşıdır. Bu da Xətainin sözlərinin hələ də əks-səda verdiyi bozqır nəfəsidir. Onları silmək mümkün deyil - biz yaşadıqca. Biz xatırladıqca.

Əgər bir gün kimsə soruşsa: "Siz kimsiniz?" - cavabımız aydın olsun: Biz - böyük şeriyyatın, böyük savaşın, böyük ləyaqətin övladlarıyıq. Biz - Xətainin yanında dayanıb geri çəkilməyənlərik.

Beş əsr keçsə də - fərq etməz.

Şah İsmayıl Xətai - bu millətin unudulmayan səmasıdır.
O - yaddaşımızın səsi, ruhumuzun əksi, sabahımızın yoludur.
İtən hər obraz unudula bilər.
Amma Xətai unudulmaz.
Çünki Xətaini unutmaq - özümüzü itirmək deməkdir.

Elçin Alıoğlu
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri