525ci qəzet Avstraliyada uşaqlara sosial şəbəkədən istifadə qadağan ediləcək
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaxın günlərdə Avstraliyada 16 yaşından kiçik uşaqlara sosial şəbəkədən istifadənin yasaqlanması gündəmdədir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin aşağı palatası artıq qərar qəbul edib.
115 deputatdan 102-i qərarın lehinə səs verib. Əleyhinə səs verənlər isə "Yaşıllar" və bir neçə müstəqil deputat olub.
Əgər parlamentin yuxarı palatası da qərarı dəstəkləsə, "Snapchat", "TikTok", "Instagram", "Reddit", "X" kimi pupolyar platformalar 16 yaşı tamam olmamış uşaqları qeydiyyata alacaqları təqdirdə məsuliyyət daşıyacaqlar. Bu halda onları 32,2 milyon dollar cərimə gözləyəcək.
Qeyd edək ki, qanun layihəsinin təşəbbüsçülərindən biri ölkənin baş naziri Entoni Albanezedir. O, qanunun bu həftənin sonuna kimi qəbul olunacağına ümid etdiyini bildirib.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Noyabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















