Icma.az
close
up
RU
Uşaqlara sosial şəbəkədən istifadə qadağan olunacaq

Uşaqlara sosial şəbəkədən istifadə qadağan olunacaq

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Avropa İttifaqı (Aİ) səviyyəsində irəliləyiş əldə olunmasa, Fransa “yaxın aylarda” 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan etməyi planlaşdırır.
Reyting.az
xəbər verir ki, bu barədə “Politico” nəşri Franda prezidenti Emmanuel Makrona istinadla yazıb.
Nəşr xatırladıb ki, Yunanıstan Fransa və İspaniya ilə birlikdə yeniyetmələrin sosial şəbəkələrdə keçirə biləcəyi vaxtı əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq üçün Avropa İttifaqına təsir göstərməyə çalışır. Bununla belə, Makron iyunun 10-da orta məktəbdə müəllim köməkçisinin öldürülməsindən sonra daha sürətli prosesə nail olmaq istəyir.
Onun sözlərinə görə, Fransa tezliklə bıçaqların onlayn satışı ilə məşğul olan saytlarda yaş yoxlamasını tətbiq edəcək.
“15 yaşlı yeniyetmə daha onlayn bıçaq ala bilməyəcək. Bu o deməkdir ki, biz böyük maliyyə sanksiyaları və qadağalar tətbiq edəcəyik”,- Makron əmin edib.
Fransa mətbuatı yazır ki, iyunun 10-da Nogent şəhərində 14 yaşlı kollec tələbəsi müəllimin köməkçisini bıçaqlayaraq öldürüb. Hadisə jandarmların təhsil müəssisəsinin girişində çanta yoxlaması zamanı baş verib. Zərbədən sonra 31 yaşlı qadına təcili tibbi yardım göstərilsə də, o, dünyasını dəyişib.
Tələbə dərhal saxlanılaraq Nogent jandarmasına aparılıb. Gənci saxlayan polis əməkdaşının əlindən yüngül xəsarətlər aldığı da məlum olub.
Qeyd edək ki, iyunun 10-da Avstriyanın ikinci ən böyük şəhərində məktəbdə atışma baş verib. İlkin məlumata görə, bu faciə nəticəsində ehtimal olunan hücumçu ilə birlikdə ən azı 10 nəfər həlak olub. Həmçinin hadisə zamanı yaralananların sayı 30 nəfərə çatıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:349
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri